Azad səslər boğulur: Gürcüstanda siyasi sabitlik risk altındadır
05:23 29.10.2025
Cənubi Qafqaz
552
Avropa Birliyinə üzvlük artıq xəyaldır
Gürcüstan hökuməti müxalifəti susdurmaqla Rusiyanın ssenarisini həyata keçirir
Gürcüstanda ekstremist hesab olunan siyasi partiyalar ləğv olunacaq. Artıq onların konstitusiyaya zidd elan edilməsi üçün iddia hazırlanır. Gürcüstanın müxalif Milli Hərəkat Partiyası sədrinin müavini İrakli Pavlenişvili bildirib ki, partiyaların qadağan edilməsi ilə bağlı qəbul edilmiş qanun avtoritar qanundur. Siyasətçi deyib ki, bununla ölkədə bütün hüquqlar məhdudlaşdırılır: "Gürcüstanda elə qanunlar qəbul edilir ki, bu, təkcə siyasi fəaliyyətin məhvinə yox, ümumiyyətlə, tənqidi düşüncəyə malik olma hüququnun məhdudlaşdırılmasına xidmət edir. Belə getsə, tənqidi düşüncəyə malik insanlar küçədə gəzmək imkanından məhrum edilə bilər. Bütün hüquqlar məhdudlaşdırılıb. Bu, ölkədə diktaturanın qurulmasının nümunəsidir, bəlkə də, dərsliklərə də daxil ediləcək". Onun sözlərinə görə, başqa ölkələrdə belə presedent yoxdur: "Bununla Gürcüstan vətəndaşlarının bir milyona qədəri seçki və səsvermə hüququndan məhrum edilir. Əvvəlki seçkilərdə kimlərə səs verilirdisə, indi onlar mövcud olmayacaq, mövcudluq hüququ olmayacaq. Bu, ölkənin gördüyü ən avtoritar qanunlardan biridir".
Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos deyib ki, hakim “Gürcü Arzusu” Partiyasının yürütdüyü siyasətə görə Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına üzv ola bilməyəcək: "Gürcüstan hökuməti israrla bəyan edir ki, ölkə 2030-cu ilə qədər Avropa İttifaqının üzvü olacaq. Amma bu, mövcud siyasi kursla mümkün deyil, “Gürcü Arzusu”nun siyasəti buna uyğun deyil. Hazırda viza rejiminin dayandırılması üçün yeni mexanizm hazırlayırıq, bu sənəd noyabrda təsdiqlənəcək, bundan sonra isə çoxsaylı variantlar və imkanlar müzakirə olunacaq. “Gürcü Arzusu” bizi diqqətlə dinləməli və Avropada nələr etdiyimizə daha diqqətlə baxmalıdır".
Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev Sherg.az-a deyib ki, Gürcüstan hakimiyyətinin bu addımı müxalif və tənqidi səsləri susdurmaq məqsədi daşıyır. Ekspertin fikrincə, bu, adətən seçkilərdə dominant mövqeyi qorumaq və siyasi rəqabəti məhdudlaşdırmaq üçün edilir:
"Gürcüstanda sosial və iqtisadi gərginliklər günü-gündən artır. Hökumət bu gərginliyi azaltmaq üçün "radikal qanunlar" qəbul etmək niyyətindədir. Gürcü hökuməti müəyyən partiyaları "radikal və ekstremist" hesab edir, bu partiyaların fəaliyyətini qadağan edir və bunun "təhlükəsizlik tədbiri" adlandırır. Ancaq bu addımlar demokratik institutlara zərbə vurur, sosial və siyasi gərginliyi artırır və beynəlxalq dəstəyi azaldır. Eyni zamanda uzunmüddətli siyasi sabitliyi riskə atır. Hazırda Gürcüstan artan sürətlə rusmeyilli siyasətə yuvarlanır. Rusiyanın Ermənistan və Azərbaycanda nüfuzunu itirməsi və təsir imkanlarının sıfırlanması səbəbilə Putin bu regionda gücünü qorumağı düşünür".
Analitik qeyd edib ki, Gürcüstan Rusiyaya daha çox yaxınlaşdıqca Avropa Birliyi və digər beynəlxalq təşkilatlar Tbilisini demokratik standartlara uyğun fəaliyyət göstərməyə çağırır:
"Hökumətin radikal qadağaları bu çağırışlara ziddir. Gürcüstanın indiki siyasətlə Avropa Birliyinə üzvlüyündən söhbət gedə bilməz. Hadisələrin bu istiqamətdə inkişafı sosial gərginliyin artması ilə nəticələnəcək. İnsanlar öz hüquqlarının pozulduğunu görərək, aksiyalara çıxacaq, gizli etiraz yollarına əl atmaq məcburiyyətində qalacaqlar. Müxalifətin məcburi susdurulması siyasi sistemin legitimliyini zəiflədir və beynəlxalq güvəni azaldır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya