ABŞ-İran görüşü baş tutacaqmı? - Ən böyük maneə açıqlandı

Müharibənin 57-ci günündə diqqət Pakistanın paytaxtı İslamabada yönəlib. İran nümayəndə heyəti artıq şəhərə çatıb, ABŞ tərəfinin də yola düşəcəyi bildirilib. Lakin tərəflər arasında birbaşa görüşün olub-olmayacağı hələ də qeyri-müəyyəndir.

Sherg.az xəbər verir ki, İran rəsmiləri ABŞ-la birbaşa danışıqların planlaşdırılmadığını açıqlasa da, Pakistanın vasitəçiliyi ilə dolayısı təmasların aparılacağı qeyd olunur. ABŞ mənbələri isə proses müsbət gedərsə, tərəflərin yaxın günlərdə bir araya gələ biləcəyini istisna etmir.

İngilis mediasına görə, danışıqların qarşısındakı əsas maneə artıq nüvə məsələsi deyil, ABŞ-ın İran limanlarına tətbiq etdiyi blokadadır. Bu məsələ tərəflər arasında gərginliyin əsas səbəbi kimi göstərilir.