ABŞ və İran arasında əldə olunan razılaşmanın tətbiqi zamanı ortaya çıxan fikir ayrılıqları Yaxın Şərqdə gərginliyi yenidən artırıb. Mütəxəssislərin fikrincə, böhranın əsas səbəbi sazişin bir maddəsinin tərəflər tərəfindən fərqli şəkildə şərh olunmasıdır.
Sherg.az xəbər verir ki, fikir ayrılığı əsasən Hörmüz boğazı ilə bağlı öhdəliklərdən qaynaqlanır. Vaşinqton boğazda beynəlxalq gəmiçiliyin maneəsiz və təhlükəsiz şəkildə davam etməsini tələb etdiyi halda, Tehran bu məsələyə fərqli yanaşır.
Analitiklər bildirirlər ki, tərəflərin eyni mətni müxtəlif formada izah etməsi diplomatik razılaşmanın praktikada işləməsinə mane olur. Bu isə regionda hərbi və siyasi qarşıdurma riskini artırır.
Ekspertlərin fikrincə, Hörmüz boğazı dünya enerji ticarətinin əsas marşrutlarından biri olduğu üçün burada yaranan hər hansı gərginlik qlobal neft bazarına və beynəlxalq dəniz daşımalarına birbaşa təsir göstərə bilər. Buna görə də tərəflərin yaxın günlərdə aparacağı danışıqların nəticəsi xüsusi diqqətlə izlənilir.