ABŞ İrana hücumlarda yenidən B-1 strateji bombardmançı təyyarəsindən istifadə edir

ABŞ ordusu İrana zərbələrin bərpasından bəri ilk dəfə olaraq B-1 Lancer strateji bombardmançı təyyarəsindən istifadə edib.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

"ABŞ ordusu çərşənbə axşamı İranın İslam İnqilabı Keşikçiləri Korpusunun hədəflərinə zərbə endirmək üçün B-1 uzaqmənzilli bombardmançı təyyarəsindən istifadə edib", - məlumatda bildirilib.

Məlumata görə, SEPAH hədəflərinə hücum etmək üçün uzun mənzilli bombardmançı təyyarədən istifadə Amerika hərbi kampaniyasının əhəmiyyətli dərəcədə artdığını və genişləndiyini göstərir.