ABŞ-nin nəhəng hərbi gücü Orta Şərqdə, İran isə gizli hazırlıqdadır

ABŞ, USS Abraham Linkoln təyyarə gəmisini və onu müşayiət edən döyüş gəmilərini Orta Şərqə göndərərək bölgədə güclü hərbi güc yaradıb.

Sherg.az xəbər verir ki, bu addım, İran üzərinə hərbi əməliyyat ehtimalına qarşı əlavə müdafiə və hücum qabiliyyəti təmin etmək məqsədi daşıyır.

İran isə 2 400 km-lik sahil boyunca Devrim Mühafizləri qoşunlarını və inkişaf etmiş sahil müdafiə sistemlərini, o cümlədən gəmisavar raketlər və Kadir tipli sualtı qayıqları yerləşdirib. Bu hazırlığın məqsədi ABŞ-nin hər hansı çıxarma əməliyyatını əngəlləmək və Hürmüz Boğazını lazım gəlsə bağlamaqdır.

Ekspertlər bildirir ki, İranın ucuz pilotsuz uçuş aparatları ilə asimmetrik hücum strategiyası ABŞ donanmasına ciddi təhlükə yarada bilər və yüzlərlə İHA-nın eyni anda göndərilməsi halında bir çoxunun hədəfə çatması qaçılmazdır.