ABŞ vətəndaşlarını Türkiyənin cənub-şərq bölgələrini tərk etməyə çağırıb və bəzi işçiləri Adanadakı konsulluğundan çıxarmağa başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Ankaradakı səfirliyindən bildirilib.
Məlumata görə, Vaşinqton Türkiyənin cənubundakı Adana şəhərində əsas NATO bazası yaxınlığındakı konsulluğunun vacib olmayan işçilərinə binanı tərk etməyi tövsiyə edib və ABŞ vətəndaşlarını da ölkənin cənub-şərqini tərk etməyə çağırıb.
Qərar təhlükəsizlik riskləri səbəbindən verilib.
“Türkiyənin cənub-şərqindəki amerikalılara indi getmələri tövsiyə olunur”, - səfirlik əlavə edib.