Ağdam və Zəngilan məscidlərinə din xadimləri təyin olunub
15:50 06.08.2024
Gündəm
359
Prezident İlham Əliyevin xüsusi diqqəti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən tarixi və dini-mədəni abidələrin bərpası proqramı çərçivəsində istifadəyə verilmiş Ağdam və Zəngilan məscidlərinə ilk dəfə din xadimləri təyin olunub.
Bu barədə APA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Qeyd edilib ki, avqustun Komitə sədri Ramin Məmmədov Ağdam şəhər Cümə məscidi və Zəngilan məscidinə imam vəzifəsinə təyin olunmuş Mehman Nəsirov və Müşfiq Fərzəliyevlə görüşüb.
Dövlət Komitəsinin sədri Qarabağ və Şərqi Zəngəzurda tikilən məscidlərə imamların təyin edilməsinin 30 ilə yaxın düşmən işğalında qalan torpaqlara yenidən həyatın qayıtdığını göstərən növbəti fakt olduğunu vurğulayıb. O qeyd edib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun qazandığı qələbədən sonra Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dini abidələrimizin, məscidlərimizin bərpası istiqamətində həyata keçirilən tədbirlər Azərbaycan dövlətinin və xalqının öz dini və tarixi-mədəni irsinə nə qədər bağlı olduğunu sübut edir.
R.Məmmədov İslam dininin əsaslarının olduğu kimi insanlara çatdırılmasında, dini və ideoloji sahədə aparılan maarifləndirmə işlərində din xadimlərinin üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edib. Bildirib ki, azərbaycançılıq ideyalarının təbliği, milli-mənəvi dəyərlərin, tarixi-dini ənənələrin qorunması din xadimlərinin fəaliyyətinin əsas istiqamətlərini təşkil etməlidir.
Din xadimləri işğaldan azad olunmuş ərazilərdə tikilən məscidlərə təyin olunmalarından qürur duyduqlarını vurğulayıblar. Dövlət tərəfindən dinə və din xadimlərinə göstərilən qayğını yüksək dəyərləndirdiklərini qeyd edərək, məscidlər və dini icmaların fəaliyyəti ilə bağlı təkliflərini diqqətə çatdırıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib
16:58 01.07.2026
Gündəm
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:20 01.07.2026
Hadisə
27 ölkədən biri "yox" desə, Türkiyənin yolu bağlanır - ŞƏRH
15:45 01.07.2026
Dünya
Hakan Fidan: Rusiya-Ukrayna danışıqları birbaşa aparılmalıdır
15:27 01.07.2026
Gündəm
“Xəyali statistika ilə pensiya yaşını artırıblar” - Tural Abbaslı
14:31 01.07.2026
Sosial
At ətini dana əti adı ilə satırlar - İstehlakçılara XƏBƏRDARLIQ
14:20 01.07.2026
Cəmiyyət
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başladı
13:49 01.07.2026
Gündəm
YAP Qadınlar Şurasının keçmiş sədri vəfat edib
13:47 01.07.2026
Cəmiyyət
Çap mediasına dövlət dəstəyi: Müsabiqənin qalibləri məlum oldu
13:45 01.07.2026
Media
İran və ABŞ arasında dolayı danışıqlar Dohada keçirilir
13:03 01.07.2026
Dünya
Bakıda uşaq 5-ci mərtəbədən yıxılıb, vəziyyəti ağırdır
12:52 01.07.2026
Hadisə
Bu şəxslər dövlətdən ömürlük müavinət ala bilər
12:50 01.07.2026
Sosial