Aİ Ukraynaya 2,86 milyard avro ayırdı

Avropa Komissiyası Ukraynaya pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə sistemləri və raketlər alınması üçün 2,86 milyard avro köçürüb.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında bildirilib.

Qeyd edilib ki, vəsait hesabına həmçinin radarlar, radioelektron mübarizə vasitələri və döyüş sursatları alınacaq.