Albaniya ilə münasibətlərin perspektivi var - Səməd Seyidov
Albaniya ilə münasibətlərin perspektivi var - Səməd Seyidov
Yusif Sultanoğlu
10:21 07.07.2023
Gündəm
517
İyulun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Albaniya Respublikasının Prezidenti Bayram Beqayın geniş tərkibdə görüşü olub.
Qonaqları salamlayan Prezident İlham Əliyev deyib:
- Cənab Prezident, hörmətli qonaqlar, bir daha xoş gəlmisiniz. Cənab Prezident rəsmi səfərinizlə bağlı Sizi qəbul etməyimdən çox məmnunam. Əvvəlcə mənim ötən il Albaniyaya səfərim zamanı göstərilmiş qonaqpərvərliyə görə minnətdarlığımı ifadə etmək istəyirəm. Şadam ki, biz çox sıx dostluq münasibətləri qurmuşuq və ölkələrimiz arasında yüksək səviyyədə siyasi dialoqun olduqca yaxşı dinamikası var. Əlbəttə, bu, ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm amildir. Mən bu münasibətləri əla adlandırardım və bu, beynəlxalq təsisatlarda qarşılıqlı dəstəkdə, enerji və iqtisadi inkişaf sahələrində praktiki fəaliyyətdə özünü göstərir.
Biz artıq Sizinlə ikitərəfli gündəliyimizə, regional məsələlərə, təhlükəsizlik mövzusuna və əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi apardıq. İndi isə nümayəndə heyətlərinin iştirakı ilə bu dialoq davam edəcəkdir.Çox məmnunam ki, hazırda Azərbaycanla Albaniya yaxın dost və qardaş ölkələr olaraq bir yerdə işləyir, əməkdaşlığımızın perspektivləri həqiqətən də parlaqdır. Çünki burada bizim dostluğumuz, qarşılıqlı maraq və gələcəklə, ikitərəfli münasibətlərin irəli aparılması və əməkdaşlığın gücləndirilməsi ilə bağlı aydın baxış kimi möhkəm təməl var. Əlbəttə, əməkdaşlığın əsasını təşkil edən mühüm amil enerji sahəsinin inkişafı məsələləridir və biz artıq Sizinlə bu məsələyə toxunduq və nümayəndə heyətlərinin iştirakı ilə bu görüşdə də bu müzakirəni davam edəcəyik. Çünki bizim bu istiqamətdə daha çox planlarımız var və bu məsələlər mənim Albaniyaya səfərim çərçivəsində, həm də digər rəsmi şəxslər səviyyəsində müzakirə edilib. Cənab Prezident, bir daha Azərbaycana xoş gəlmisiniz.
Prezident Bayram Beqay bildirib:
- Möhtərəm Prezident, əziz dost.
Bu gün Sizinlə burada, möhtəşəm Bakı şəhərində görüşməyimdən çox məmnunam. Eyni zamanda, Sizə mənə və nümayəndə heyətinə göstərilən çox isti qonaqpərvərliyə görə dərin təşəkkürümü bildirirəm. Əminəm ki, görüşlərimizin intensivliyi iki ölkə arasında qardaşlıq ruhuna əsaslanan dostluq və əməkdaşlıq əlaqələrini gücləndirməklə bağlı sadiqliyimizi və birgə iradəmizi bir daha təsdiq edir. Son illərdə bu əməkdaşlıq həm siyasi, həm də iqtisadi sahədə dinamik şəkildə inkişaf edib. Sizin də qeyd etdiyiniz kimi, bizim əla münasibətlərimiz var və çalışmalıyıq ki, iqtisadi sahədə də münasibətlər əla olsun. Şəxsən Sizin ölkələrimiz arasında əlaqələrin tarixinin yeni səhifəsinə sadiqliyinizi və töhfənizi yüksək qiymətləndirirəm. Bu il biz diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Bir daha təşəkkürümü bildirirəm.
Səfəri "Sherg.az"a dəyərləndirən millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söyləyib ki, Azərbaycan, Albaniya münasibətləri yüksələn xətt üzrə inkişaf edir:
"Bizim Albaniya ilə siyasi, mədəni və iqtisadi əlaqələrimiz mövcuddur. Ümumiyyətlə Albaniya Avropa ölkələri arasında tarixən öz mövqeyi ilə Azərbaycana yaxın olub. Son zamanlar iki ölkə arasındakı əlaqələr getdikcə daha çox inkişaf edir. Buna dövlət başçılarının qarşılıqlı səfərlərini və iqtisadi, sazişləri misal göstərmək olar. Digər tərəfdən Albaniya və Azərbaycan həm Avropada, həm beynəlxalq təşkilatlarda, biri-birinə dəstək verir. Ona görə də münasibətlərin böyük perspektivi və potensialı var. Albaniya Prezidentinin ölkəmizə səfəri və iki ölkə başçısı arasındakı ətraflı görüşlər buna dəlalət edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat