
Ana dili günü İrana ən layiqli cavabdır - ŞƏRH
Yusif Nəzərli
06:20 26.02.2025
Gündəm
882
Tehran hökuməti Azərbaycanla normal münasibətlər qurmalı, insanlara öz dillərində təhsil almağa imkan verməlidir
İranda Azərbaycan əleyhinə təbliğatın əsas simalarından olan Əli Əkbər Raefipurun şagirdlərindən biri olan Behbud Kaboli X hesabında Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadənin “Azərbaycan musiqisi valehedicidir. Təbrizdən eşitmək çox xoşdur” paylaşımına qərəzli münasibət bildirib. Behbud Kaboli Azərbaycanın ərazi bütövlüyünə dil uzatmaqdan da çəkinməyib:
“Cənab səfir, özünüzə saxta mədəniyyət düzəltməyin. Şimali Azərbaycan böyük İranın geniş ərazisinin bir hissəsi olub və olacaq. Bu musiqi də Təbrizdən səslənən əsl İran musiqisidir. Əgər ruslar Şimali Azərbaycanı ayırmasaydılar, indi siz İran vətəndaşı idiniz. Əlbəttə, gələcəkdə İran vətəndaşı olacaqsınız”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Sherg.az"a deyib ki, son günlər sosial şəbəkələrdə Güney azərbaycanlı şagirdlərin Ana dili günü ilə bağlı səsləndirdikləri musiqi İran rəsmiləri ilə yanaşı, bir sıra din və mədəniyyət xadimlərinin də qəzəbinə gəlib. Ekspert vurğulayıb ki, İranın irtica rejimi və ona xidmət edənlər bilirlər ki, İranda 40 milyondan artıq Azərbaycan türkü yaşayır:
"İran Konstitusiyasında təsbit olunub ki, hər bir xalq öz ana dilində təhsil ala bilər. Ancaq bu hüquq yeganə olaraq Azərbaycan türklərinə şamil olunmur. Azərbaycan türklərinə öz ana dillərində tədrisə imkan vermirlər. Bununla da, Azərbaycan türklərini öz mədəniyyətlərindən, kimliklərindən, adət-ənənələrindən, milli dərkindən uzaqlaşdırmağa çalışırlar. Amma bunun qarşısını ala bilmirlər. İrandakı soydaşlarımız öz dilinə, mədəniyyətinə, soy-kökünə bağlıdır. Ona görə də imkan düşdükcə, öz ana dilimizdə musiqilər ifa edirlər. İranın irtica rejimi və ona qulluq edənlər isə öz nifrətlərini, kinlərini büruzə verirlər. İran hakimiyyəti dərk etməlidir ki, bütün təzyiqlərə, basqılara rəğmən, azərbaycanlılar öz mədəniyyətinə, keçmişinə, milli kimliyinə bağlıdırlar. Hər zaman da bunu göstərəcəklər".
Siyasi şərhçi qeyd edib ki, tarixi Azərbaycan əraziləri Gülüstan və Türkmənçay müqavilələri ilə Rusiya və İran imperiyaları arasında iki hissəyə bölünüb:
"İran rejimi heç bir halda fikirləşməsin ki, Güney Azərbaycan onların torpağıdır. Ora farsistan yox, Azərbaycandır. Bütöv Azərbaycanın bir parçasıdır. İranda yaşayan 40 milyon Azərbaycan türkü öz müqəddəratını həll etmək hüququna malikdir. Bunu nə vaxtsa reallaşdırmağa çalışacaqlar. Güney Azərbaycan ya müstəqil olacaq, ya da Azərbaycan Respublikasına birləşəcək. Ana dili günü ilə şagirdlərin səsləndirdiyi musiqi Əli Əkbər və Behbud kimi şəxslərə verilən ən layiqli cavabdır. Bundan gözəl cavab ola bilməz. Tehran hökuməti Azərbaycanla normal münasibətlər qurmağa çalışmalıdır. Bu iyrənc yanaşmanı kənara qoymalıdır. İnsanlara öz dillərində təhsil almağa imkan verməlidirlər. Müasir dünya ilə ayaqlaşmalı, insan haqq-hüquqlarına hörmət qoymağı bacarmalıdırlar. Belə üsullarla xalqın qarşısını ala bilməzlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi