ANAMA yanında İctimai Şuraya sədr və sədr müavini seçilib
14:34 30.08.2023
Gündəm
390
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuranın yeni seçilmiş 7 nəfərdən ibarət tərkibdə ilk iclası keçirilib.
"Report" xəbər verir ki, iclas zamanı ANAMA yanında İctimai şuranın üzvləri arasında səsvermə yolu ilə Şuraya sədr, müavin və katib seçilməsi təklif olunub. Aparılan səsverməyə əsasən Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyev Şuranın sədri, “İnkişafa və islahatlara dəstək” İctimai Birliyinin İdarə Heyətinin üzvü Emil Həsənov Şuranın sədr müavini və “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Safixanov İctimai Şuranın katibi seçilib.
Daha sonra Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov İctimai Şura üzvlərini qəbul edib, onları Şuraya üzv seçilmələri münasibətilə təbrik edərək fəaliyyətlərində uğurlar arzulayıb. Hər bir Şura üzvünün mina təhlükəsi ilə mübarizə istiqamətində müvafiq təcrübəyə malik olması, bu sahədə daha geniş fəaliyyətə müsbət töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib.
Görüşdə gələcək fəaliyyət istiqamətləri, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə sahəsində vətəndaş cəmiyyətinin dəstəyi, digər aidiyyəti qurumların şura üzvləri ilə qarşılıqlı əməkdaşlığının genişləndirilməsi, ölkəmizdəki mina probleminin beynəlxalq təşkilatların diqqətinə çatdırılması, eləcə də minadan zərərçəkənlərə dəstək istiqamətində müzakirələr aparılıb.
Sonda İctimai Şura üzvlərinə yeni üzvlük vəsiqələri təqdim edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət