“Avropa Azərbaycana etibarlı tərəfdaş kimi baxır"
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycana səfərə gəlib. Koştanın prezident İlham Əliyevlə də təkbətək görüşü baş tutub.
Onun Bakıya səfəri XIII Bakı Qlobal Forumuna təsadüf edir.
Millət vəkili Fazil Mustafa Sherg.az-a bildirib ki, ayrı-ayrı ölkələrdən, xüsusilə də tərəfdaş ölkələrdən gələn səlahiyyətli şəxslərin Azərbaycanla əməkdaşlıq perspektivləri forumda daha çox müzakirə olunacaq:
"Forumla bağlı bölgə ölkələrində də bu müzakirələr geniş şəkildə aparılacaq.
Avropa Şurası Prezidentinin gəlişi səbəbsiz deyil. Bu, böyük hadisədir. O da Azərbaycana etibarlı partnyor kimi yanaşır və bütün məsələlərdə əməkdaşlığa hazır olduqlarını bildirir. Bu, Azərbaycanın özünün formalaşdırdığı mövqedir, uğurlu siyasətdir.
İndi də rəqəmsal inkişaf istiqamətində texnologiyanın tətbiqi məsələsi və Avropayla əməkdaşlıq bizim üçün olduqca vacibdir.
Digər sahələrdə enerji resurslarının Avropaya çatdırılması və başqa məsələlərdə də əvvəldən mövcud olan əlaqələrin daha da irəlləməsi mənasına gələn münasibətlər sistemi qurulur. Qlobal Bakı Forumunun faydasını burada olan müzakirələr yekunlaşandan sonra daha dəqiq görəcəyik".