Azərbaycan Avropa üçün strateji tərəfdaşa çevirildi - ŞƏRH

Meloni və Kallasın Bakı səfərləri yeni diplomatik mərhələnin siqnalıdır

Aprel ayında Prezident İlham Əliyev bir sıra Avropa liderlərini qəbul edib, may ayının ilk günlərində isə İtaliyanın baş naziri Gorgia Meloni,eyni zamanda Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Bakıya səfər edib. Ard- arda baş tutan bu səfərlər Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın yeni geosiyasi reallıqlar fonunda daha geniş və strateji çərçivədə inkişaf etdiyini nümayiş etdirir.

Xüsusən K. Kallasın səfəri Azərbaycan-Avropa İttifaqı münasibətlərində enerji, nəqliyyat və regional bağlantılar gündəliyinin daha da aktuallaşdığını göstərir. Belə ki, Azərbaycanın Avropa Cənubi Qafqaz, Xəzər hövzəsi və Mərkəzi Asiya arasında strateji körpü rolunu oynayan mühüm regional aktorun olması bir daha təsdiqlənib. İntensiv təmaslar Avropa Parlamentindəki müxtəlif qərəzli qrupların əməkdaşlığa xələl vurmaq cəhdlərinin uğursuzluğa məhkum olduğunu, ittifaqın icraedici strukturlarının, xüsusilə Avropa Komissiyasının rəsmi Bakı ilə sıx və davamlı tərəfdaşlıqda maraqlı olduğunu nümayiş etdirir. 

Səfərlərin intensivliyi isə Avropa İttifaqının ayrı-ayrı institutları ilə yanaşı, üzv dövlətlərin də Azərbaycanla əməkdaşlığa artan marağını gündəmə gətirir. 

Avropa Parlamentində müşahidə olunan bəzi qərəzli və siyasi motivli yanaşmalar fonunda Avropa Komissiyasının və bir sıra aparıcı Avropa ölkələrinin Bakı ilə enerji, nəqliyyat və regional təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirməyə üstünlük verməsi diqqət çəkir. Bu proses Azərbaycan–Avropa münasibətlərinin təkcə siyasi deyil, həm də geoiqtisadi və geostrateji amillər üzərində formalaşan yeni mərhələyə keçib-keçmədiyi barədə suallar yaradır.

Azərbaycan-Avropa arasında müşahidə olunan diplomatik dinamikanı şərh edən politoloq Yusif Bağırzadə Sherg.az-a bildirib ki, Azərbaycan–Avropa münasibətləri tək xəttli deyil və ölkəmizin Avropa Parlamenti ilə münasibətləri ilə Avropa İttifaqı arasındakı münasibətlər tamamilə fərqli müstəvidədir:

“Bu da təbiidir, çünki, Avropa İttifaqı daxilində müxtəlif institutlar və üzv dövlətlər fərqli prioritetlərə malikdir və bu fərqlilik Azərbaycanla münasibətlərin də çoxsəviyyəli xarakter daşımasına səbəb olur. Meloni və Kallas kimi yüksək səviyyəli rəsmilərin Bakıya səfərləri də bu çoxsəviyyəli diplomatik strukturun aktivləşdiyini göstərən əlamətlərdir.

Bu şəkildə diplomatik təmaslar təbii ki, Aİ ilə Azərbaycan arasında dialoqun intensivləşməsi, siyasi kanalların genişlənməsi və praqmatik əməkdaşlığın güclənməsinə töhfə verir. Xüsusilə enerji, təhlükəsizlik və nəqliyyat sahələrində qarşılıqlı maraqlar Avropa üçün Azərbaycanı daha önəmli tərəfdaşa çevirib.

Bu prosesin əsas geosiyasi səbəblərindən biri Avropanın enerji təhlükəsizliyi böhranıdır. Rusiya–Ukrayna müharibəsi fonunda Avropa İttifaqı enerji təchizatını diversifikasiya etməyə məcbur qalıb. Bu kontekstdə Azərbaycan etibarlı alternativ qaz və enerji təchizatçısı kimi ön plana çıxıb. Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya enerji ixracı Bakının strateji əhəmiyyətini artırıb və bu, siyasi münasibətlərin də yumşalmasına təsir göstərib. Yəni burada iqtisadi faktor birbaşa siyasi yaxınlaşmanı stimullaşdırır”.

Y. Bağırzadənin sözlərinə görə, digər mühüm amil Avropanın özünün Cənubi Qafqaz marağıdır: “ Regionda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, yeni nəqliyyat və tranzit layihələri, o cümlədən Zəngəzur dəhlizi kimi təşəbbüslər Avropa üçün həm iqtisadi, həm də geosiyasi baxımdan vacibdir. Avropa İttifaqı regionun sabitləşməsini öz enerji və ticarət maraqları üçün kritik hesab edir və bu baxımdan Azərbaycanla əməkdaşlıq mühüm vasitə kimi çıxış edir.

Daha bir faktor isə Avropa İttifaqının daxili siyasi strukturu ilə bağlıdır. Avropa Parlamentindən fərqli olaraq Avropa Komissiyası və ayrı-ayrı üzv dövlətlər daha praqmatik, iqtisadi və strateji maraqlara əsaslanan siyasət yürüdür. Məhz buna görə də Parlamentdəki qərəzli yanaşmalar ümumi Aİ siyasətini tam müəyyən etmir. Meloni kimi liderlər və İtaliya kimi ölkələr enerji və iqtisadi əməkdaşlıq baxımından Azərbaycanla münasibətləri daha çox real siyasi çərçivədə qiymətləndirirlər.

Ən nəhayət daha bir amil qlobal güc balansının dəyişməsidir. ABŞ–Çin rəqabəti, Rusiya ilə Qərb arasında gərginlik və Yaxın Şərqdə qeyri-sabitlik Avropanı daha çevik və çoxvektorlu xarici siyasətə məcbur edir. Bu şəraitdə Azərbaycan kimi regional “körpü dövlətlər”in rolu artır. Bakı həm Şərq-Qərb, həm də Şimal-Cənub marşrutlarında tranzit və enerji mərkəzi kimi çıxış edir ki, bu da ölkəmizi daha cəlbedici edir. 

Odur ki, Avropa Parlamentindəki bəzi tənqidi mövqelərə baxmayaraq, Avropa Komissiyası və bir sıra üzv dövlətlərin Azərbaycanla əməkdaşlığa artan marağı əsasən üç böyük amilə bağlıdır: enerji təhlükəsizliyi, regional sabitlik və dəyişən qlobal geosiyasi balans. Bu isə münasibətlərin ideoloji müstəvidən daha çox