Macarıstan və Ukrayna Zakarpatya ərazisindəki macar etnik azlığının hüquqlarına dair razılıq əldə edib.
Axar.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Peter Magyar Feysbukda yazıb.
"Mühüm xəbərim var. Üç həftə ərzində biz əvvəlki komandanın 10 il ərzində nail ola bilmədiyinə nail ola bildik. Biz Ukrayna ilə 100 minlik macar azlığının dil, təhsil, mədəni və siyasi hüquqlarının genişləndirilməsi barədə hərtərəfli razılaşma əldə etdik", - deyə o bildirib.