Azərbaycan Ermənistanı tarixdən dərs çıxarmağa çağırıb
Yusif Nəzərli
09:00 02.09.2023
Gündəm
340
"Dağlıq Qarabağın" "müstəqilliyi"nin əldə edilməsi ilə bağlı Ermənistanın iddiaları beynəlxalq hüquqda qəbul edilmiş uti possidetis prinsipinə də zidd olduğu bəllidir və bu səbəbdən beynəlxalq hüquq çərçivəsində tamamilə əsassızdır".
"Report" xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaların əks olunduğu 2 sentyabr tarixli bəyanatına dair şərhində əksini tapıb.
Qeyd olunub ki, Azərbaycanın Qarabağ bölgəsinin Ermənistan silahlı qüvvələri tərəfindən 30 ilə yaxın hərbi işğal altında saxlanıldığı, bir milyonadək azərbaycanlının fundamental hüquqlarının pozulduğu, azərbaycanlılara qarşı soyqırımı və kütləvi qırğınlar həyata keçirildiyi faktları üzərindən Ermənistan tərəfinin susqunluqla keçməsi bu ölkənin tarixdən dərs çıxarmadığını göstərir.
"Bu və digər faktlar, Ermənistanın əsassız və destruktiv mövqeyi, beynəlxalq təşkilatların qərarları uzun illər ərzində dəfələrlə Ermənistanın təcavüzkar siyasətini təsdiqləyib. Azərbaycan onilliklər ərzində münaqişəni danışıqlar yolu ilə həll etmək üçün strateji səbir nümayiş etdirsə də, Ermənistan Azərbaycanın münaqişəni sülh yolu ilə həll etmək üçün göstərdiyi xoş niyyətə daim qarşı çıxıb", - XİN-dən bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi