Azərbaycan QHT-lərindən ABŞ dövlət katibinə - MÜRACİƏT
14:25 24.07.2025
Gündəm
287
Azərbaycan QHT-ləri ABŞ dövlət katibi Marko Rubioya müraciət edib.
Sherg.az xəbər verir ki, müraciətdə deyilir ki, dövlət katibinə məktub ünvanlamış bir qrup ABŞ konqresmeninin Azərbaycanın suveren əraziləri mövzusunda riyakarlığı, Azərbaycan və Ermənistan arasında sülh prosesinə qarşı fəaliyyəti Azərbaycan ictimaiyyətində kəskin hiddət doğurub.
Azərbaycan QHT-ləri bu cür birtərəfli yanaşmaları rədd etdiklərini ABŞ dövlət katibinin diqqətinə çatdırıb: “Hesab edirik ki, Bayden-Blinken dövrünün ermənipərəst simaları, faktiki olaraq, ABŞ Prezidenti Donald Trampın Cənubi Qafqazda sülh səylərinə qarşı açıq təxribata əl atıblar.
Bu yaxınlarda Azərbaycan və Ermənistan liderləri Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində görüş keçiriblər. Artıq Azərbaycan və Ermənistanın sülh müqaviləsinin mətnini razılaşdırıldığı bildirilir. Sülh prosesini irəli aparmaq üçün ciddi, çətin iş davam etdirilir. Bir qrup ABŞ konqresmenin çağırışları isə bu prosesə mane olmaq, onu əngəlləmək cəhdindən başqa bir şey deyil. Onlar hər vəchlə süni gərginlik, regionda yenidən münaqişə ocağı yaratmağa çalışırlar”.
Müraciətdə deyilir ki, regiona aidiyyəti olmayan, məsələlərdən xəbərsiz şəxslərin ABŞ-dakı erməni lobbisinin maddi həvəsləndirmələri müqabilində məsuliyyətsiz bəyanatlara imza atması təəssüf doğurur: “Bu cür şəxsləri Azərbaycan ictimaiyyəti yaxşı tanıyır, onlar Ermənistanın Azərbaycana qarşı işğalına, günahsız insanların qanının tökülməsinə, Xocalı soyqırımına susublar, təcavüzkarın yanında olublar. Bu gün də onlar Azərbaycan xalqının qanını tökmüş müharibə cinayətkarlarının mühakimə edilməməsi üçün dəridən-qabıqdan çıxırlar. Bu konqresmenlər Azərbaycanda heç bir nüfuza malik deyillər”.
Müraciətdə xatırladılıb ki, əvvəllər bu kimi anti-Azərbaycan, ermənipərəst təşəbbüslərlə çıxış edən və Prezident Trampın qatı tənqidçilərindən olan keçmiş senator Bob Menendez korrupsiya və rüşvətxorluğa görə məhkum olunub: “Məlum müraciətin təşəbbüskarlarından biri olan demokrat-senator Adam Şiffi isə Cənab Tramp sərt tənqid edib, onun cinayət məsuliyyətinə cəlb edilməsinin zəruriliyini bildirib.
Ötən il Bakıya - COP29 tədbiri zamanı səfər etmiş konqresmen Frank Peloni yerli ictimai fəallar tərəfindən “Rədd ol!” şüarları ilə qarşılanmışdı. O, səfərini yarımçıq qoyaraq rüsvayçılıqla ölkəni tərk etmişdi.
Biz hesab edirik ki, bu gün Azərbaycanın suveren ərazilərinə ermənilərin qayıdışı haqqında danışan Peloni kimi konqresmenlər ilk öncə Ermənistandan qovulmuş yüzminlərlə azərbaycanlının qayıdış hüququnu da tanımalıdırlar. Qərbi Azərbaycandan digərgin düşən insanlar dinc yolla doğma yurdlarına qayıtmalıdırlar. Qərbi Azərbaycan İcması da bu istiqamətdə Ermənistanla dialoq qurmağa hazırdır.
Ermənistan ərazisində və işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan xalqının maddi-mədəni irsi talan edilib. Buna susmaq ən böyük ədalətsizlikdir”.
Müraciətdə o da bildirilib ki, son vaxtlar İsveçrə parlamentinin “beynəlxalq sülh forumu” adı altında Cənubi Qafqazda sülh və sabitliyə xələl gətirən, Ermənistanda revanşistlərin mövqeyini müdafiə edən təkliflərlə çıxış etməsi regionda sülh və etimad quruculuğuna xəyanətdir: “Sizə bir qrup konqresmen adından ünvanlanmış məktubda İsveçrə parlamentinin təxribatçı addımlarına istinad edilməsi bir daha bu məktubun və onun müəlliflərinin əsl mahiyyətini ortaya qoyur.
Biz hesab edirik ki, məlum müraciəti təşkil edənlər ABŞ və Azərbaycan liderlərinin yazışmalarından da aydın görünən ikitərəfli əlaqələrin yeni yüksəliş mərhələsinə qədəm qoymasından narahatdırlar. İnanırıq ki, Cənubi Qafqazda davamlı sülhün bərqərar olması istiqamətində təqdirəlayiq əmək sərf edən Tramp Administrasiyası “Vaşinqton bataqlığı”nın təmsilçiləri olan bu konqresmenlərin fəaliyyətinə doğru qiymət verəcəkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Google”dan yeni layihə - Köhnə telefonları yenidən faydalı edəcək
07:09 21.06.2026
Dünya
ABŞ narkotik kartellərinə zərbələri davam etdirmək niyyətindədir
05:36 21.06.2026
Dünya
4 yaşlı oğlunu qucağına alıb 8-ci mərtəbədən atladı
04:23 21.06.2026
Hadisə
Futbolçu meydanda oyun zamanı öldü - FOTO
03:27 21.06.2026
Hadisə
Azərbaycanda ilk dəfə Beynəlxalq Tanqo Festivalı keçirilib
01:44 21.06.2026
Mədəniyyət
Şahbaz Şərif ABŞ-İran danışıqları üçün İsveçrəyə səfər edib
01:05 21.06.2026
Gündəm
Şotlandiyada baltalı şəxs hücum etdi: yaralılar var
00:31 21.06.2026
Dünya
Polşa Prezidenti: Zelenski bizim "qırmızı xəttimiz"i keçib
23:40 20.06.2026
Dünya
DÇ-26: Niderland İsveçi darmadağın etdi
23:21 20.06.2026
Futbol
Gəncədə 67 yaşlı qadının meyiti tapıldı
22:32 20.06.2026
Hadisə
Ağstafaya dolu düşdü
22:21 20.06.2026
Ekologiya
Müharibə əsla dayanmayacaq, İsrail bu razılaşmanı pozacaq - ŞƏRH
21:56 20.06.2026
Gündəm
"Qarabağ"ın oyununda yeddi qol vuruldu
20:57 20.06.2026
Futbol
AYB-nin Mingəçevir bölməsinin sədri vəfat edib
20:46 20.06.2026
Ədəbiyyat