Azərbaycan səfiri Eldar Süleymanov İraqda etimadnaməsini təqdim etdi

İraq Respublikası Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn 13 yanvar 2026-cı ildə Xarici İşlər Nazirliyinin binasındakı ofisində Azərbaycan Respublikasının İraq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Eldar Süleymanovun etimadnaməsini qəbul edib.

Sherg.az xəbər verir ki, görüş zamanı iki dost ölkə arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, qarşılıqlı maraqlara xidmət edən əməkdaşlıq sahələrinin inkişaf etdirilməsi yolları müzakirə olunub. Həmçinin bir sıra qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfir Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun salamlarını Fuad Hüseynə çatdırıb. Eləcə də ölkəsinin İraqla müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsində maraqlı olduğunu vurğulayıb.

Öz növbəsində, nazir səfirə yeni vəzifəsində uğurlar arzulayıb. O, İraq Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikası ilə münasibətlərin inkişafı istiqamətində göstərdiyi səylərə tam dəstək verəcəyini bildirib.