Azərbaycan Ukraynaya silah verməməlidir - Politoloq deputatla razılaşmır
05:46 23.08.2025
Gündəm
375
Milli Məclis üzvü Rasim Musabəyov rəsmi Kiyevə silah embarqosunu ləğv etməyə çağırış edib. Deputat bildirib ki, Rusiya Azərbaycanın etirazlarına baxmayaraq SOCAR-ın obyektlərini mütəmadi olaraq havadan zərbələrə məruz qoyur.
Onun sözlərinə görə, artıq bununla bağlı onlara əlavə müraciət və ya bəyanat ünvanlamağa ehtiyac yoxdur: "Hesab edirəm ki, biz Ukraynaya silah satışına qoyulmuş embarqonu aradan qaldıra bilərik və bu addımı atmaq lazımdır. Rusiyanın dediklərinə fikir vermədən hərəkət etmək lazımdır. Vaxtilə Ermənistanla müharibə dövründə ələ keçirilmiş rus silahlarını Ukraynaya satmaq mümkündür. Naxçıvanda da ordumuz tamamilə Türkiyə silahlarına keçid etdiyi üçün orada kifayət qədər zirehli texnika qalıb. Bu texnikanı Ukraynaya satış üçün göndərmək olar". Parlamentari xatırladıb ki, vaxtilə Ukrayna bizə sovet silahlarını satmışdı: "Həm tankları, həm də MiQ-29 qırıcılarını Azərbaycana vermişdi. Mən indi heç bir qəbahət görmürəm ki, Azərbaycan da öz növbəsində artıq bizə artıq lazım olmayan sovet istehsalı silahları Ukraynaya güzəştli qiymətlərlə satsın. Onsuz da həmin vəsaiti Avropa ölkələri böyük məmnuniyyətlə ödəyirlər. Buna əlavə izahat da lazım deyil – kimə xoşdursa, xoş olsun, xoş deyilsə, fərq etməz".
Politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə deyib ki, Azərbaycanın Ukraynaya silah verməsinə ehtiyac yoxdur. Ekspertin sözlərinə görə, Azərbaycan münaqişə tərəfi deyil:
"Avropa ölkələri və ABŞ bu işi həyata keçirir. Təbii ki, Rusiyanın Ukraynada qalib gəlməsi Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir. Hazırda Azərbaycan Rusiya ilə açıq konfliktə maraqlı deyil. Cənubi Qafqazda Azərbaycanın müstəqil siyasəti, xüsusilə Ermənistanla sülh müqaviləsinin paraflanması, Zəngəzur dəhlizindən Rusiyanın kənarlaşdırılmasi Moskvanı Bakıya qarşı təzyiqlər etməsi ilə nəticələnir. Rusiya Ukraynada Azərbaycana məxsus olan SOCAR yanacaq çənlərini vurması, qaz kompressor stansiyasına zərbə və digər sahələrdə təzyiqləri davam etdirir. Bu, o demək deyil ki, Azərbaycan Ukraynaya silah verməlidir. Azərbaycan Rusiya ilə bağlı siyasətində aydın siyasət həyata keçirir. Rəsmi Bakıdan Rusiyaya qarşı hərhansı bir siyasət aparılmır. Həm də Azərbaycanın Türkiyə kimi strateji qardaş müttəfiqi var. Rusiya Ukraynada strateji bataqlıqdadı. Azərbaycan Ukraynaya silah versin kimi açıqlamalara ehtiyac yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın on diplomatı Macarıstandan qovuldu
14:03 08.09.2026
Dünya
ABŞ-ın sülh planı Ukraynanın kapitulyasiyasını rəsmiləşdirir - RƏY
13:57 08.09.2026
Gündəm
Rusiyanın Kiyevə gecə hücumu: Xəsarət alanların sayı 16-ya çatıb
13:02 08.09.2026
Dünya
Messi və Ronaldu bu dəfə komanda yoldaşı olacaqlar
12:14 08.09.2026
Futbol
Yəmən ordusu husiləri darmadağın edir - Ərazilər azad olundu
11:57 08.09.2026
Dünya
İstanbul meşələrində yaşayan vəhşi heyvanlar
11:45 08.09.2026
Maraqlı
Zaxarova: Ukrayna terrorizmin ixracına üstünlük verir
10:49 08.09.2026
Dünya
Tramp 4 ölkəni ABŞ ərazisi kimi göstərən xəritə paylaşıb
10:21 08.09.2026
Dünya
Tramp: Neftin qiyməti kəskin şəkildə düşəcək
10:09 08.09.2026
Gündəm
Saratova Ukrayna PUA-ları ilə hücum zamanı 10 nəfər yaralanıb
10:07 08.09.2026
Dünya
Kiyev: Uittkoff və Kuşner əvvəlkindən daha pis təkliflər gətirdi
10:00 08.09.2026
Dünya
Putindən Ermənistanla bağlı sərt qərar
09:59 08.09.2026
Gündəm
Rusiya bir gecədə 384 Ukrayna PUA-sını vurdu
09:55 08.09.2026
Dünya