Azərbaycanda bir rus icması var - BƏYANAT
14:43 30.08.2023
Gündəm
378
zərbaycan hökuməti Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Xankəndi şəhərində yaşayan erməniəsilli vətəndaşları ilə dinc dialoqun aparılması üçün böyük səylər göstərdiyi halda, bir qrup separatçı əsassız bəyanatlar və dünya ictimaiyyətinə yanlış məlumatlar verməklə buna mane olmaqda davam edir.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Rus İcması Respublika Şurasının Qarabağ bölgəsinin "saxta rus icması"nın siyasi kart oynamaq cəhdinə münasibət bildirdiyi bəyanatda bildirilir.
Sənəddə deyilir ki, özlərini “rus icması” kimi təqdim edənlərin bəyanatları Azərbaycan Konstitusiyasının normalarına tamamilə ziddir: "Azərbaycanda “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, ölkənin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Bu, ancaq suveren Azərbaycan dövlətinin ərazisində məskunlaşan ayrıca separatçılar qrupunun xəyallarında mövcuddur".
“Qarabağ iqtisadi rayonunun erməniəsilli sakinləri Azərbaycan Respublikasının vətəndaşlarıdır və ölkəmizin rəsmi qanunlarına uyğun yaşamalıdırlar. Azərbaycanda 1993-cü ildə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış və bu gün bir rus icması var. Sayı 120 min nəfərdən çoxdur. Təşkilatımız bütün beynəlxalq strukturlar tərəfindən tanınır və 30 ildir fəaliyyət göstərir. Əgər Qarabağ sakinləri arasında Azərbaycanın rus icmasına qoşulmaq istəyən etnik ruslar varsa, o zaman təşkilata üzv olmaq üçün bizə müraciət etsinlər. Biz onların müraciətlərinə cavab verməyə və bunun üçün bütün lazımi məlumatları təqdim etməyə hazırıq”, - bəyanatda qeyd olunur.
“Rus icması” öz bəyanatında Qarabağdan öz əcdadlarının tarixi torpağı kimi danışır. Qarabağ həmişə Azərbaycanın bir parçası olub və belə də qalacaq.
“Ölkəmizin ərazi bütövlüyü bütün dövlətlər, o cümlədən Rusiya Federasiyası və hətta Ermənistanın özü tərəfindən tanınır. Əcdadlarının ağır taleyini bəyan edən "saxta-icma" unudur ki, Ermənistanın Azərbaycana təcavüzünə qədər bütün etnik qrupların nümayəndələri bir yerdə dinc və mehriban yaşayıblar. Azərbaycanlılar, o cümlədən milli azlıqların nümayəndələri öz doğma yurdlarından zorla didərgin salınıblar. Ermənistanın özündən də milli azlıqlar zorla qovulub. Bu gün monoetnik dövlətdir ki, burada ermənilərin özündən başqa heç kim yaşamır, Azərbaycanda isə onlarla etnik qrupların nümayəndələri yaşayır”, - məlumatda vurğulanır.
Sonda Azərbaycanın rus icması bu cür bəyanatları regionda sabitliyi pozmaq, dünya ictimaiyyətinə yanlış məlumat vermək və Qarabağ ermənilərinin çoxmillətli, multikultural Azərbaycan cəmiyyətinə inteqrasiya prosesini ləngitmək cəhdi hesab edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət