Azərbaycanlı alim Ərdoğana şeir həsr etdi:“Türk ruhu”
Yusif Nəzərli
14:24 29.03.2022
Gündəm
739
Azərbaycanlı sosioloq-alim Əhməd Qəşəmoğlunun ədəbi yaradıcılığından bəzi oxucuların xəbəri yoxdur. İstərdik onlar da bilsinlər ki, Ə.Qəşəmoğlu cəmiyyətin ağrılarını analiz edib, çıxış yolları göstərməklə yanaşı, bəzən bu “sancı”nı şeirlə də ifadə edir. Bir sözlə, sosioloq-alim həm də maraqlı və təsirli şeirlər müəllifidir. Zaman - zaman onun şeirlərinin estetik və maarifləndirici təravətini duyuruq. Bu dəfə isə Ə.Qəşəmoğlu siyasi düşüncələrini şeirə çevirib. Sosioloq alim Türkiyənin cümhurbaşqanı, hörmətli Rəcəb Tayyib Ərdoğana “Türk ruhu” adlı şeir ithaf edib.
“Türk ruhu”
fırtınalar kükrəyir
dövranın dəryasında,
yer üzü
yeni bir aləmin astanasında...
qərq olub getmədə gəmilər bir-bir...
göy üzündə bulud-bulud
ağlayır nalələr...
bomba kimi yağır hər yandan
iblis qəh-qəhəli yeni hiylələr...
çalxanır tarix... calxanır dünya...
batıb gedir aləmlər,
üzə çıxır bir vədə
sular altda qalmış aləmlər...
...məzarlarda torpaq olan sümüklərdi,
ruhların özünün kahkəşanı var...
üzə çıxır
tilsimə düşmüş ruhlar,
silkinirlər dünyanın sirri-sehrindən...
Ey dünya!
ruhun qüdrətindən xəbərin varmı?
türkün ruhunda nurlanır indi
babalarımızın ruhu...
sərkərdələrimizin, alimlərimizin,
şairləimizin, müdriklərimizin ruhu...
türkdü yer üzünün ulu memarı,
türk olacaq bu bəlalardan
yer üzünün xilaskarı...
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı
01:59 26.09.2026
Şou
Azərbaycan və Seneqal arasında memorandum imzalanıb
01:20 26.09.2026
Siyasət
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı yeddi günlük plan təqdim edib
00:58 26.09.2026
Gündəm
Hakan Fidan ABŞ-da Abbas Əraqçi ilə görüşüb
00:40 26.09.2026
Region
Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
23:13 25.09.2026
Şou
Bu ölkədə benzin rekord qiymətə qalxdı
22:41 25.09.2026
Dünya
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
21:49 25.09.2026
Aktual
Ərdoğan BMT-də Netanyahuya ad çəkmədən mesaj verdi
21:33 25.09.2026
Gündəm
Ermənistan-Rusiya münasibətləri daha da pisləşə bilər - Politoloq
21:30 25.09.2026
Siyasət
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol