AzQAC: “Ümid edirik ki, gətirdiyimiz ərzaq yükü tezliklə erməniəsilli sakinlərə çatdırılacaq”
09:10 03.09.2023
Gündəm
455
“Ümid edirik ki, xeyirxah addımımız düzgün dəyərləndiriləcək və gətirdiyimiz ərzaq yükü tezliklə Xənkəndidəki erməniəsilli sakinlərə çatdırılacaq”.
Bunu “Report”un Ağdama ezam olunmuş əməkdaşına Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) vitse-prezidenti Qafar Əsgərzadə hazırkı vəziyyətlə bağlı məlumat verərkən deyib.
O bildirib ki, artıq 6-cı gündür ki, AzQAC-ın nümayəndələri, könüllüləri humanitar missiyasını həyata keçirmək üçün burdadırlar: “Bizim bu xeyirxah addımımızın məqsədi Qarabağda yaşayan erməniəsilli sakinlərə ərzaq yardımını, konkret olaraq 40 ton unun çatdırılmasıdır. AzQAC rəhbərliyi tərəfindən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandanlığı ilə müvafiq danışıqlar aparılıb. Ancaq indiki ana qədər müsbət cavab yoxdur. Ümid edirik ki, bizim xeyirxah addımımız, humanitar missiyamız düzgün dəyərləndiriləcək və tezliklə gətirdiyimiz ərzaq yükü həmin insanlara çatdırılacaq”.
Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan humanitar yardım yola salınıb. Ağdam-Xankəndi yolu ilə aparılan humanitar yardım karvanında ilkin mərhələ üzrə 40 ton un var. Hazırda ərzaq yükünün erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi