“Bakı Metropoliteni”ndən RƏSMİ AÇIQLAMA: "Məsələ araşdırılır"
Yusif Nəzərli
12:53 28.08.2023
Gündəm
960
Xəbər verdiyimi kimi, “Bakı Metropoliteni” QSC-nin ilk xanım maşinisti Günay Həbibli vəzifəsindən azad edilib.
Məlumata görə, onun işdən çıxarılmasına səbəb qatarı idarə edərkən mobil telefondan istifadə etməsi olub.
Bildirilib ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, maşinist təlimat qaydalarını pozaraq mobil telefonla danışıb.
G. Həbibli isə mediaya açıqlamalarında işdən çıxarılma səbəbi ilə bağlı məlumatların yalan olduğunu vurğulayıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Sherg.az"a açıqlamasında bildirib ki, Günay xanım könüllü şəkildə ərizə yazaraq işdən çıxıb:
"Telefon ilə bağlı məlumatı mətbuat sosial mediadan götürüb. Təlimat tələblərinə uyğun prosedur qaydalarına əməl etmədiyinə görə işdən çıxıb. Könüllü şəkildə ərizə yazaraq çıxdığına görə hər dediyi sözə şərh verə bilmərik. Bu məsələni mən araşdırıram. Lazım olarsa, mediaya məlumat verəcəyik. Hadisə bu gün baş verməyib. Biz 5-ci gün maşinistlərmizi təqdim edirdik. Bildirdik ki, yeganə xanım maşinistimiz yeni işə götürüləndir. Burada sual ortaya çıxdı ki, bəs digər xanım maşinist? Biz isə digər xanımın təlimat qaydalarına uyğun olaraq müəyyən nöqsanlara yol verdiyinə görə maşinistlik vəzifəsindən uzaqlaşdırıldığını vurğuladıq. Ona başqa iş təklif olunsa da, qəbul etmədi. 5-ci gün tədbirə gələn hər kəs bu xanımın işdən çıxdığını bilirdi.
Bu məsələ yeni maşinistin işə qəbulu ilə bağlı deyil. Türkan xanım bizə kursa gələn zaman Günay xanım işinə davam edirdi. Biz hər əməkdaşın işdən çıxması ilə bağlı mətbuata məlumat vermirik".
Qeyd edək ki, G.Həbibli 2019-cu il aprelin 1-də maşinist kimi işə başlamışdı.
Xatırladaq ki, ötən günlərdə Türkan Bəylər adlı xanım "Bakı Metropoliteni" QSC-də maşinist kimi işə götürülüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat