Bakıda Texniki Normativlərin Təkmilləşdirilməsi üzrə dəyirmi masa keçirilir

Bakıda Texniki Normativlərin Təkmilləşdirilməsi üzrə dəyirmi masa keçirilir.

"APA-Economics" xəbər verir ki, tədbir Fövqəladə Hallar Nazirliyi (FHN), Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA) təşkilatçılığı ilə baş tutur.

Dəyirmi masada Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, SOCAR, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON), BP, Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Konfederasiyası, Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının nümayəndələri iştirak edirlər.

Tədbirdə Təzyiq altında işləyən qabların təhlükəsiz istismarı Qaydaları, Təzyiq altında işləyən texnoloji boru kəmərlərinin istismarı və təmiri Qaydaları, Yaylı qoruyucu klapanların istismarı, təftişi və təmiri haqqında rəhbər göstərişlər, Neft emalı və neft-kimya sənayesində avadanlıqların planlı-xəbərdaredici təmiri haqqında Əsasnamə (Hissə 1), Neft, qaz və neft-kimya sənayesində təzyiq altında işləyən qabların quruluşu və texniki təhlükəsizlik Qaydaları (2015), Buxar və isti su boru kəmərlərinin quruluşu və təhlükəsiz istismarı Qaydaları, Yüksəktəzyiqli qablar və boru kəmərləri üzrə normativ tələblər, Mineral gübrələr istehsal edən müəssisələrin texnoloji avadanlıqlarına texniki xidmət və təmir sisteminə dair tələblər, Neft, qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi Qaydaları, Azərbaycan neft sənayesində əməyin mühafizəsinin vahid idarəetmə sistemi, Neft-qaz emalı zavodlarının istismarı zamanı təhlükəsizlik Qaydaları kimi sənədlərin müzakirəsi aparılacaq.