Baş Prokurorluğunun nümayəndə heyəti beynəlxalq forumda iştirak edib
16:27 15.05.2024
Gündəm
484
Cari il mayın 14-dən başlayaraq Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində «Rusiya-İslam dünyası: KazanForum 2024» XV Beynəlxalq İqtisadi Forumu keçirilir.
Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, forumda Azərbaycan Respublikası Baş prokurorunun müavini Heydər Məmmədovun rəhbərlik etdiyi Baş Prokurorluğun idarə rəisinin müavini - şöbə rəisi Anar Nəsibov və idarə prokuroru Murad Bayramlıdan ibarət nümayəndə heyəti iştirak edib.
Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov, Rusiya, Qazaxıstan, Səudiyyə Ərəbistanı Krallığının Baş prokurorlarının müavinləri və digər mötəbər qonaqların iştirak etdiyi forumun "İqtisadi təhlükəsizliyin təminatları və İslam dünyası ilə işgüzar kommunikasiyaların genişləndirilməsi şəraitində təhlükələrin qarşısının alınması" mövzusunda sessiyasında Baş prokurorun müavini Heydər Məmmədov çıxış edib.
Baş prokurorun müavini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarların hüquqlarının qorunması və əlverişli investisiya mühitinin yaradılması istiqamətində aparılan hüquqi islahatların müsbət nəticələri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Həmçinin, iqtisadi təhdidlərin qarşısının alınması və korrupsiya ilə mübarizə sahəsində prokurorluğun struktur qurumlarının rolundan bəhs edən Heydər Məmmədov görülən tədbirlərin sahibkarlığın inkişafına müsbət təsir göstərdiyini xüsusilə vurğulayıb.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğunu bildirən Baş prokurorun müavini, dövlət başçısı və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparılması, investisiyaların cəlb edilməsi üçün yaradılan şərait və “yaşıl enerji” zonalarının yaradılması barədə danışıb.
Səfər çərçivəsində Rusiya Federasiyası Baş prokurorunun müavini Pyotr Qorodovun rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də Qazaxıstan və Səudiyyə Ərəbistanı Krallığının Baş Prokurorluqlarının heyətləri ilə ikitərəfli görüşlər keçirilib.
Görüşlər zamanı dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçiriləcəyi barədə həmkarlara məlumat verilib.
Həmçinin, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, onların hüquq və azadlıqlarının qorunması, habelə qarşılıqlı maraq doğuran digər məsələlərə dair faydalı fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb
11:29 28.10.2026
Gündəm
Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib
11:10 28.10.2026
Gündəm
Türkiyə bayrağını və Atatürkü təhqir edən müəllim saxlanılıb
10:25 28.10.2026
Hadisə