"Hörmüzü İran danışıqlar masasında bir bazarlıq predmeti kimi saxlayır”
“İran - ABŞ arasında aktiv müharibə fazasının bitdiyini qeyd etmək olar. Münaqişənin eskalasiyası mümkün yuxarı həddlərinə və sərhədlərinə çatlb”.
Sherg.az xəbər verir ki, bu barədə Hüquq üzrə fəlsəfə doktoru, politoloq Fərhad Mehdiyev bildirib.
Politoloq hesab edir ki, İrana desant çıxarılması uğursuz oldu, habelə Hörmüz boğazının blokadası da uğursuz oldu, ABŞ İrana qarşı beynəlxalq koalisiyanı toplaya bilmədi: 
“Donald Trampın 60 günü dolur və qarşıdan seçkilər gəlir. Bununla belə bizi gözləyən qalıcı sülh razılaşması deyil, atəşkəs olacaq. Bunun bir neçə səbəbi var; əsas səbəbi də İranın İsraillə bir masaya oturmayacağıdır, yəni İsrail hər hansı sülh razılaşmasının tərəfdarı olmamasıdır. Bununla belə İranla İsrailin masaya oturmamasının strategiya olaraq doğru olmadığı qənaətini daşıyıram; çünki belə yanaşma İsrail üzərinə öhdəlik qoymağa imkan vermir.
Əsas məsələ - Hörmüz açılacaqmı? Böyük ehtimalla açılacaqdır. Hörmüzü İran danışıqlar masasında bir bazarlıq predmeti kimi saxlayır”.
F. Mehdiyev qeyd edib ki, əsas diqqət doğuran məsələ Suriyanın cənubundakı druzların müstəqilliklərini elan etmə hərəkatını başlatmasıdır: “Silahlıdırlar, İsrail bayraqlarını da qaldırırlar. Suriyada parçalanma və yeni daxili müharibə başlaya bilər; buna da İsrail və Türkiyə qarışacaq”.