Azərbaycan Dəmir Yolları qatarların gecikməsinə görə sərnişinlərə kompensasiya ödəyəcək -RƏY

Nəqliyyat məsələləri üzrə ekpert Eldəniz Cəfərov Sherg.az-a qeyd edib ki, ADY qatarların gecikməsi səbəbindən işə də gecikən sərnişinlərə pul kompensasiyası ödəyəcək: 

- Qaydalara əsasən qatar 1-2 saat gecikərsə biletin qiymətinin 25 faizi, 2-4 saat gecikərsə 50 faizi geri qaytarılacaq. Gecikmə 4 saatdan artıq olarsa sərnişin biletin pulunu tam geri alacaq. Burada vacib məqam odur ki, gecikmə ADY təqsiri üzündən olsun. Hesab edirəm ki, bu qaydanın tətbiqi sərnişin hüquqlarının qorunması və dəmir yolu xidmətinin keyfiyyətinin artırılması baxımından mühüm addımdır.