Ceyhun Bayramov İranda səfirliyə hücum zamanı yaralananları ziyarət edib

“Həmkarlarımızla birgə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror hücumunun qarşısının alınması zamanı yaralanmış əməkdaşlarını ziyarət etdik”.
Sherg.az-ın xəbərinə görə, bu barədə xarici işlər naziri Ceyhun Bayramov "Tvitter"-də paylaşım edib.
“Qəhrəmanlarımıza tezliklə şəfa və möhkəm cansağlığı arzu edirik!”, - deyə XİN başçısı bildirib.