Deputat:“Sputnik Azərbaycan” bəzən dövlətlərarası münasibətləri korlayacaq qədər qərəzli olur”
Yusif Nəzərli
10:47 29.03.2022
Gündəm
384
“Media hansı məkanda fəaliyyət göstərməsindən və kimə məxsus olmasından asılı olmayaraq müstəqil, obyektiv və tərəfsiz olmalıdır. Ancaq təəssüf ki, medianın bu əsas prinsipləri çoxdan unudulub. Hazırda isə bir çox hallarda bəzi media qurumları informasiya müharibəsinin əsas alətlərinə çevriliblər”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, hətta bəzi media qurumları bəzən aid olduqları dövlətin maraqları üçün “Roma papasından artıq katoliklik” edirlər:
“Biz 44 günlük Vətən müharibəsi zamanı və ondan sonra da bunu gördük. Bu proses davam edəcək. Belə media qurumlarından biri də “Sputnik Azərbaycan”dır”.
Deputat vurğulayıb ki, “Sputnik Azərbaycan” öz fəaliyyəti ilə nəinki dövlətlərarası münasibətlərin daha da yaxşılaşmasına xidmət edir, hətta bəzən tam əksinə, onu korlayacaq qədər qərəzli olur:
“Halbuki onun maliyyələşdirilməsində və bizim informasiya məkanımızda fəaliyyət göstərməsinə icazə verilməsində də əsas qayə odur ki, iki qonşu və dost ölkə arasında etibarlı informasiya körpüsü yaratmağa xidmət etsin. Biz isə bunun əksini müşahidə edirik. Görünür ki, bu media qurumunun rəhbərinin milli hissləri onun vətəndaşı olduğu dövlət qarşısında vəzifə məsuliyyətindən daha üstündür. Belə olan halda heç bir tərəf icazə verə bilməz ki, hansısa etnik ambisiya Rusiya və Azərbaycan kimi iki dost və qonşu ölkənin maraqlarına ziyan vursun. Ona görə də belə məsələlərə son qoyulmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı
01:59 26.09.2026
Şou
Azərbaycan və Seneqal arasında memorandum imzalanıb
01:20 26.09.2026
Siyasət
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı yeddi günlük plan təqdim edib
00:58 26.09.2026
Gündəm
Hakan Fidan ABŞ-da Abbas Əraqçi ilə görüşüb
00:40 26.09.2026
Region
Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
23:13 25.09.2026
Şou
Bu ölkədə benzin rekord qiymətə qalxdı
22:41 25.09.2026
Dünya
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
21:49 25.09.2026
Aktual
Ərdoğan BMT-də Netanyahuya ad çəkmədən mesaj verdi
21:33 25.09.2026
Gündəm
Ermənistan-Rusiya münasibətləri daha da pisləşə bilər - Politoloq
21:30 25.09.2026
Siyasət
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol