ABŞ silahlı qüvvələrinin Fars körfəzi, Oman dənizi və Hörmüz boğazına girişi qadağan edilib.
Teleqraf xəbər verir ki, bu barədə İran ordusunun komandanı general-leytenant Əmir Hatəmi bildirib.
O, Vaşinqtonun regiondakı hərbi varlığına bir daha icazə verilməyəcəyini qeyd edib.
"Hər kəs bilsin ki, Amerika bazaları heç vaxt əvvəlki vəziyyətinə qayıda bilməyəcək və İran buna heç vaxt yol verməyəcək", — deyə Ə.Hatəmi vurğulayıb.