Ərazi güzəştləri müharibəni sonlandırmayacaq - Şərh
Yusif Nəzərli
02:22 25.08.2023
Gündəm
467
Əksinə, bu Rusiyanın daha da aqressivləşməsinə səbəb olar
Bəzi Qərb rəsmiləri Ukraynaya müharibəni dayandırmaq üçün ərazi güzəştləri ilə bağlı sazişlər təklif edirlər. Lakin bu, həm Kiyevin, həm də Moskvanın məqsədlərinə cavab vermir. Bu barədə "Voll Strit Jurnal" nəşri Qərbdə adı çəkilməyən rəsmilərə istinadən məlumat yayıb. Nəşr bildirib ki, ABŞ və onun Almaniya kimi əsas Avropa müttəfiqləri Rusiyanın qələbəsinin qarşısını almaq istəyirlər. Ancaq Ukraynaya birbaşa qalib gəlməyə kömək edən xərclərdən və risklərdən qorxurlar: "Onlar ehtiyat edirlər ki, Ukraynanın “maksimalist məqsədləri” sonsuz müharibəyə səbəb olacaq. Buna görə də Kiyevə NATO və ya AB-yə üzvlüyü müqabilində ərazisinin bir hissəsinin faktiki itirilməsi ilə razılaşmağı təklif etmək istəyirlər".
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a bildirib ki, Ukraynanın müəyyən ərazilərdən "imtina" etməsi Moskva-Kiyev arasında sülhə deyil, Rusiyanın daha da aqressivləşməsinə səbəb olacaq. Ekspertin sözlərinə görə, Rusiya Baltikyanı ölkələrə və Polşaya qarşı hərbi təcavüz siyasətini həyata keçirməyə başlayacaq: "Ukrayna hökuməti də yaxşı bilir ki, hansısa ərazi güzəştləri müharibəni sonlandırmayacaq. "Ərazilərdən imtina" ilə bağlı fikirlərin ciddi formada səsləndirilmədiyi bəllidir. Ola bilsin, Rusiya ilə əlaqələri bərpa edən müəyyən şəxslər tərəfindən belə iddialar məqsədyönlü şəkildə ortaya atılır. Məqsəd Qərb koalisiyasını parçalamaqdır. ABŞ, Böyük Britaniya və digər Qərb ölkələri buna qətiyyən getməzlər. Dəfələrlə vurğulanıb ki, sonadək Ukraynanı bütün resursları ilə tam dəstəkləyəcəklər. Çünki məqsəd Rusiyanın zəifləməsinə nail olmaqdır. Ukraynaya ağır artilleriya və qırıcı təyyarələrin verilməsi də müzakirə olunur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat