Ərdoğan Putinlə görüşəcək

“Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüş mümkündür”.

“Report” xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, Rusiya R.T.Ərdoğanla Ukrayna Volodimir Zelenskinin bu gün baş tutacaq görüşünü diqqətlə izləyəcək.

D.Peskovun sözlərinə görə, Putinlə Ərdoğanın ehtimal edilən görüşünün dəqiq tarixi məlum deyil.