Erməni dərsliyində yeni xəritə: Qarabağ detalı... 

Ermənistanda tədris edilən 7-ci sinif tarix kitabında Qarabağın Azərbaycan ərazisi kimi göstərilməsi rezonans doğurub.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, sözügedən dərsliyin təhsil müəssisələrinə bir neçə gün əvvəl paylandığı bildirilib.

Bəzi müəllimlər bir müddətdir bu dərsliyin şagirdlərə verilməsini gözlədiklərini, lakin nədənsə prosesin gecikdiyini deyiblər.

Erməni ictimaiyyəti isə bu gecikmənin səbəbini antiterror əməliyyatları ilə əlaqələndiriblər. Belə ki, iddiaya görə, dərslik qəsdən antiterror əməliyyatları başa çatdıqdan, Qarabağ tam şəkildə Azərbaycanın nəzarətində keçdikdən sonra paylanıb.

Qeyd edilir ki, dərsliklərin bu cür hazırlanmasında məqsəd ermənilərə Qarabağın Azərbaycan ərazisi olduğunu başa salmaqdır.