Ermənilər "Imagine Dragons"un Bakı konsertinə mane olmağa çalışır

"Imagine Dragons" qrupu dünya turnesi çərçivəsində sentyabrın 2-də ilk dəfə Bakıda çıxış edəcək.

Axşam.az xəbər verir ki, qrupun Bakıya səfər etməsi isə erməniləri narahat edib. Belə ki, qrupun Las-Veqas çıxışından sosial şəbəkədə video yayımlanıb.

Ermənilər isə sözügedən paylaşımın aşağısından onların bakı konserti ilə bağlı şərhlər yazıblar. Onlar şərhlərdə qrup üzvlərini Azərbaycandakı çıxışdan imtina etməyə çağırıblar.

Eyni zamanda erməni lobbisi və diasporasının "Imagine Dragons" qrupunun Bakıdakı konsert proqramının ləğv edilməsi istiqamətində səylərinə qarşı sosial mediada kampaniya başladılıb. Azərbaycanlılar  sosial şəbəkədə "We’re waiting for you! in #Azerbaijan #Baku! #Azerbaijan is a country which supports peace every time" həştəqli paylaşımlar etməyə başlayıblar.