Ermənilər isterikada: Azərbaycan bu əraziləri nəzarətə götürəcək!
Ermənilər isterikada: Azərbaycan bu əraziləri nəzarətə götürəcək!
Yusif Nəzərli
10:02 05.09.2023
Gündəm
370
Ermənistanda Azərbaycanın müharibəyə başlayacağına dair isterika davam edir.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu iddialar rəsmi İrəvanın Azərbaycanı beynəlxalq müstəvidə “hücum edən tərəf” kimi göstərmək cəhdlərindən qaynaqlanır. Sərhəddə hələ də davam edən gərginliyə səbəb olan təxribatların da məqsədi budur.
Baş verənlər fonunda erməni ictimai rəyi isterika içində Azərbaycanın bütövlükdə Zəngəzuru nəzarətə götürə biləcəyindən danışır.
Azərbaycan üzrə erməni ekspert Varujen Qeqamyan iddia edir ki, gərginlik daha da genişlənərsə və eskalasiya qaynar mərhələyə keçərsə, Azərbaycan Ermənistanın cənubunu kəsmək istiqamətində ildırımsürətli addım atacaq.
“Bu, Naxçıvanın şimal hissəsindən Cermuka (İstisu) qədər olan ərazidir. Bura məsafə cəmi 30 kilometrdir, Azərbaycan istəsə, ildırımsürətli əməliyyatla bu xətti kəsə bilər. Bu prosesdə Türkiyənin də açıq dəstək verəcəyi sirr deyil. Ermənistan hakimiyyəti isə heç nə etmir, ya da etmək istəmir”, - erməni ekspert iddia edir.
Qeyd edək ki, bu cür iddiaların əsası yoxdur, Azərbaycanın Ermənistana qarşı hərbi müstəvidə atdığı bütün addımların səbəbi sərhəddə erməni təxribatının qarşının alınması və adekvat cavabın verilməsidir. Hərçənd, Ermənistan Zəngəzur dəhlizi və digər öhdəlikərini yerinə yetirməsə, təxribat hücumlarını davam etdirərsə, bunun İrəvan üçün ağır nəticələrinin olacağı da aydındır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi