Ermənilər sərhəddə gözlənilən gərginliyə başlayır

Eyni ssenari işə düşür

  "Göyçədə (Geqarkunik) erməni hərbçisi ölüb. Ermənistan tərəfi hərbçinin Azərbaycan Ordusunun açdığı atəş nəticəsində öldüyünü iddia edir".

 Bu barədə siyasi şərhçi Asif Nərimanlı deyib. Ekspert bildirib ki, ermənilər sərhəddə gözlənilən gərginliyə başlayır: "Hədəf “hücum edən tərəf” kimi Azərbaycana beynəlxalq təzyiqə nail olmaqdır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında nəticə əldə edə bilməsələr də, prosesi davam etdirirlər. İrəvanda da anlayırlar ki, Azərbaycana öz ərazisi olan Qarabağ məsələsinə görə təzyiq edilməyəcək. Lakin sərhəd toqquşmaları ilə buna nail ola bilərlər. 44 günlük müharibədən sonra Bakıya qarşı təzyiqlər əsasən sərhəd toqquşmalarında edilib, sentyabr döyüşlərində bu xüsusilə hiss olunurdu. Ermənistan eyni ssenari üzrə hərəkət edir. İstisna deyil ki, BMT-yə bu dəfə sərhəddə baş verəcək eskalasiya üzərindən çıxmaq, Qarabağla bağlı iddialarını da bunun fonunda irəli sürmək niyyətindədirlər".