Ermənistan beynəlxalq qanunlara əməl etmir - RƏY
Yusif Nəzərli
08:30 21.08.2023
Gündəm
649
Ermənistanın 44 günlük Vətən müharibəsindənki məğlubiyyətindən sonra Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri Qafan hava limanının uçuş-enmə zolağından bir neçə on metr aralıda yerləşdirildi. Bu da Ordumuza hava limanına vizual nəzarət imkanı verdi, gələcək perspektivlər üçün ölkəmizə hərbi-strateji üstünlük qazandırdı və düşmənin Qafan istiqamətində də əl-qolunu bağladı. Hazırda da Azərbaycan hərbçiləri Qafan aeroportunun yaxınlığında sərhədlərimizin təhlükəsizliyini qoruyur, xidməti fəaliyyətlərini yerinə yetirirlər.
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan təyyarə ilə Sünikə gedib və Qafan hava limanına enib. Bundan sonra isə gələn həftə İravan-Qafan müntəzəm reyslərinin həyata keçiriləcəyi açıqlanıb.
Qeyd edək ki, Qafan hava limanı 1991-ci ildən fəaliyyətini dayandırıb. Buna səbəb isə Ermənistanın Azərbaycana qarşı başlatdığı müharibə idi.
Sovet dövründə Qafan aeroportuna Yak-40 təyyarələri ilə 10-dan çox reys həyata keçirildiyi barədə Ermənistan Milli Aviasiya Komitəsinin məlumat yaydığını deyən siyasi şərhçi Elmir Səftərov “Sherg.az”a bildirib ki, onların digər açıqlamasına əsasən həmin dövrdə uçuş yaxınlaşmaları və eniş sxemləri, həmçinin helikopterlər Azərbaycanın hava məkanından qismən keçirdi:
“Lakin o zaman faktiki olaraq heç bir sərhəd yox idi, çünki bütün respublikalar vahid məkanın bir hissəsi sayılırdı. Amma hazırda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi olmayıb və sərhədlər dəqiqləşməyib. Ona görə də Ermənistanın Azərbaycanla sərhədin yaxınlığında olan hava limanından təyyarələri hərəkət edərsə, yenidən hava məkanımıza daxil ola bilər. Bu da Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın tələblərinə ziddir və birbaşa digər bir ölkənin sərhədini xəbərdarlıqsız keçmək deməkdir. Əsasən, hər bir suveren dövlət öz hava məkanını müstəqil idarə edir və həmin dövlətin ərazisində həyata keçirilən uçuşlar qonşu ölkələrlə razılaşdırılmır. Ancaq iki dövlətin sərhədində keçirilən uçuşlar barədə məlumat qonşu ölkəyə verilir. Ermənistan Milli Aviasiya Komitəsi isə bunu hələ də etməyib. Bu da rəsmi İrvanın suverenlik konsepsiyasına və mülki aviasiya sahəsində beynəlxalq qanunlara uyğun hərəkət etmədiyini növbəti dəfə sübut etdi”.
Ermənistan Beynəlxalq Mülki Aviasiya Təşkilatına (BMAT-ICAO) üzv olan hər bir dövlətin məsuliyyətli davranmağa borclu olduğunu anlamır:
“Ermənistan savaş meydanındakı məğlubiyyətini diplomatik masada konpensasiya etmək istəyir. Bu məqsədlə də onlar bütün beynəlxalq təşkilatlara Azərbaycanın guya Qarabağda yaşayan erməniləri humanitar fəlakətə sürkülədiyi barədə şantaj və qarayaxma xarakterli bəyanatlar ünvanlayırlar. Eyni zamanda, çalışırlar ki, ölkəmizə qarşı hanısa sanksiyalar tətbiq etdirsinlər. Biz bunu bir neçə gün öncə BMT Təhlükəsizlik Şurasının iclasında da müşahidə etdik. Lakin Azərbaycan döyüş meydanında olduğu kimi, siyasi arenada da hüquqi cəhətdən öz doğruluğunu sübuta yetirdi və ermənilərin ümidlərini boşa çıxardı. Əlləri hər yerdən üzülən Ermənistan hakimiyyəti indi də Qafanda növbəti təxribat mərkəzi yaratmaq və Azərbaycanı gələcəkdə ittiham etmək üçün zəmin hazırlayır.
Belə ki, Nikol Paşinyanın Qafana gəlməsindən bir gün sonra guya “naməlum şəxs” (Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə) hava limanının binasına atəş açıb. Artıq Ermənistan indidən təxribat maşınlarını işə salaraq öz cinayət əməllərinə don geyindirir. Çünki mütəmadi olaraq təxribat törədən özləridir. Bu addımla ermənilər Azərbaycanın onlara qarşı güc tətbiq etdiyini, sülh müqaviləsini guya bizim istəmədiyimizi dünyaya car çəkmək istəyir. Amma artıq beynəlxalq ictimaiyyət ermənipərət dairələr istisna olmaqla, Ermənistanın əsl simasına bələddir.
Əslində Ermənistan Azərbaycanla sərhəddə hava limanını istifadəyə verməklə 3 şeyə nail olmağa çalışır. gələckdə Azərbaycana qarşı beynəlxalq səviyyədə təxribatlar üçün yeni mexanizimlərlə əlini gücləndirmək istəyir. Məğlub ruhlu erməni xalqına güclü dövlətin Azərbaycanla sərhəddə də istədiyini rahat şəkildə edə bilməsini göstərir. Həmçinin güclü dövlətlərin sifarişini yerinə yetirərək siyasi dividend qazanmaq niyyəti ilə şantaj vasitəsi kimi istifadə edilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampın nümayəndələrinin Kiyevə səfəri hələ təsdiqlənməyib
20:02 17.08.2026
Dünya
Bu, Naxçıvanın iqtisadi xəritəsini dəyişə bilər - Şokri
19:48 17.08.2026
İqtisadiyyat
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial