Ermənistan sülhə yaxın durmayacaq - RƏY
17:14 26.08.2023
Gündəm
435
Azərbaycan öz ərazisində nəzarəti tam olaraq əlinə götürməlidir
"Nikol Paşinyan beynəlxalq ictimaiyyətə göstərir ki, guya İrəvan sülh tərəfdarıdır". Bunu Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib. Partiya rəhbəri bildirib ki, İrəvanın sülh təklifləri rəsmi Bakı tərəfindən qəbul oluna bilməz. Paşinyan da bunu yaxşı bilir və fərqindədir ki, onun təklifləri heç bir halda qəbul edilməyəcək: "Azərbaycanın konkret 5 əsas şərti var və bunlar da beynəlxalq prinsiplərə əsaslanır. Ermənistan məğlub tərəf kimi qalib Azərbaycanın şərtlərini qəbul etmək məcburiyyətindədir. O da məlumdur ki, İrəvan hökumətinin sözü ilə əməli üst-üstə düşmür. Mütəmadi olaraq görürük ki, Ermənistan tərəfindən ardıcıl təxribatlar törədilməkdədir. Xüsusən, son dövrlərdə ermənilər daha çox aktivləşib. Azərbaycana xəbərdarlıq edilmədən şərti sərhədlərə "humanitar yardım" adı altında yük maşınlarının gətirilməsi, məsələnin BMT-yə daşınması, xarici ölkələrin prosesə cəlb edilməsi, həm sərhəddə, həm də Qarabağda təxribatlara əl atılması da sübut edir ki, İrəvan sadəcə sözdə "sülh tərəfdarıdır". Əslində isə İrəvan sülh danışıqlarının mümkün qədər uzanmasını, prosesin qeyri-müəyyən şəkildə davam etməsini istəyir və revanş niyyəti güdür".
A.Əlizadə vurğulayıb ki, rəsmi Bakı İrəvan hökumətinin addımlarını mütləq mənada diqqətə almalıdır: "Ermənistan baş nazirinin, onun rəsmilərinin, eləcə də separatçıların nazı ilə çox oynamağın vaxtı bitib. Çox sərt addımlar atmalıyıq. Azərbaycan öz ərazisində nəzarəti tam olaraq əlinə götürməli, Qarabağı erməni silahlı qüvvələrindən, separatçılardan təmizləməlidir. Əks halda Ermənistan sülhə yaxın durmayacaq və təxribatlara davam edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat