“Paşinyan komandasının Ermənistanda olan sosial böhranı həll edə bilməməsi vəziyyəti daha da gərginləşdirib”
Ermənistanda qarşıdurma: Yaxın günlərdə iğtişaş başlayacaq - RƏY
04:42 29.08.2023
Gündəm
701
Ermənistan hazırda vətəndaş qarşıdurmasının astanasındadır
“Paşinyan komandasının Ermənistanda olan sosial böhranı həll edə bilməməsi vəziyyəti daha da gərginləşdirib”
“Ermənistan küçələrində yaxın günlərdə xaos başlayacaq”. Bunu erməni şərhçi Samvel Ohanesyan deyib.
Ermənistanın vətəndaş qarşıdurmasının astanasında olduğunu anons edən S.Ohanesyan deyib ki, yaxın günlərdə ölkədə iğtişaş başlayacaq: “Ölkə kiçik iğtişaşlarla da sarsıla bilər. Bu, xırda şeylərdən, məsələn, kənddə suyun olmaması səbəbindən də baş verə bilər. Bunlar baş verərsə, Ermənistanı heç kim xilas etməyəcək. Özümüzü içimizdən yeyirik. Xalq həyəcanlıdır və hər an əhalinin getdikcə daha çox yeni təbəqələrinin cəlb olunacağı bir qarışıqlıq başlaya bilər.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov isə “Sherg.az"a açıqlamasında bildirib ki, Ermənistanda siyasi və iqtisadi vəziyyət olduqca gərgindir:
“Xalqa verilən vədlərin yerinə yetirilməməsi və son iki il ərzində Nikol Paşinyan komandasının Ermənistanda olan sosial böhranı həll edə bilməməsi vəziyyəti daha da gərginləşdirib. Vəd olunan əsas prioritetlər sırasında iqtisadiyyatı canlandırmaq, əhalinin məişət şəraitinin yaxşılaşdırılması və beynəlxalq aləmə inteqrasiya dururdu. Ermənistan iqtisadiyyatı tənəzzül dövrünü yaşayır və bu da erməni cəmiyyətində xaos, ümidsizlik və bədbinlik yaradır. Ermənistanın müvafiq qurumlarının açıqladığı statistikadan da görünür ki, ölkəni birdəfəlik tərk edənlərin sayı hər gün artır. Mütləq və daimi miqrasiya həddinin bu qədər böyük olması, ölkəni tərk edənlərlə müqayisədə ölkəyə gələnlərin sayının kəskin azlığı, siyasi qüvvələr arasında konfrantasiyalar, müxalifət liderlərinin, Robert Koçaryanla Serj Sarkisyanın böyük bir məğlubiyyət və ümidsizlik eyforiyası içərisində son aylar siyasi proseslərdə pərdə arxasına keçməsi, radikal milliyyətçi qüvvələrin, “Daşnaksütyun”, “ASALA” kimi terrorçu ideologiyalara xidmət edən fərdlərin Ermənistan ərazisində at oynatması ölkədə olan xaotikliyi gücləndirir. Ermənistanın daxilində hakimiyyətin fərqli düşüncədə olanlara qarşı basqılar da gərginliyin artmasına səbəb olur. Bütün bu proseslər də Ermənistanda vətəndaş müharibəsinin qaçılmaz olduğunu göstərir. İctimai depressiya və qəzəb fonunda xalqın siyasi qüvvələrlə rabitəsinin tamamilə itməsi daxili iğtişaşların çox yaxın günlərdə baş verəcəyinə zəmin yaradır” .
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət