
Fazil Mustafa: "Şərq" qəzeti mənim üçün Azərbaycan mətbuatının ən öndə gedən qəzetlərindən biridir
10:35 01.11.2024
Gündəm
436
Fazil Mustafa (millət vəkili, Böyük Quruluş Partiyasının sədri)
"Şərq" qəzeti mənim üçün Azərbaycan mətbuatının ən öndə gedən qəzetlərindən biridir. Demək olar ki, gündəlik mütaliə və təqib elədiyim 2-3 qəzetdən biridir.

Hər zaman milli maraqların keşiyində dayanan bir qəzet olaraq "Şərq"i təbrik edirəm. Eyni zamanda peşəkar kollektivə malik olan "Şərq"in uğurlarının davamını gözləyirəm. Demək olar ki, bu qəzetin 30 il öncəki “Şərq”dən ideyası, düşüncəsi, məsələlərə obyektiv yanaşması elə də fərqlənmir. İnformasiya yükü ilə dolu, təhlili yazıları ilə əsl jurnalist peşəkarlığını ifadə edən bir media quruluşudur. “Şərq” həm də milliliyini qoruyur, bütün dəyərləri Azərbaycan dövlətçiliyi maraqlarından aşağıda tutur. Hər zaman dövlətçiliyin ana kursunu anlayan, ona sadiq qalan bir qəzet formatıdır. Qəzetin əsas siması, baş redaktoru Akif Aşırlıdır. Çox gözəl bir kollektiv qurub. Bu kollektivin illərdir dəyişməyən üzvləri onun varlığı üçün çalışırlar. Bəzən “çap mediası nəyə lazımdır” sualı veriləndə cavab olaraq bir neçə qəzeti, o cümlədən də “Şərq” qəzetini nümunə olaraq göstərmək lazımdır. Çap mediasının uğurlu təmsilçilərindən biri olan “Şərq”i göstərmək lazımdır ki, qəzetlərin zəruri olduğunu görsünlər. Qəzetin informasiyaları, bölüşdürmə və yerləşdirmə üslubu da digərlərindən fərqlənir. Qəzetin 28 illik bir tarixə sahib olması o deməkdir ki, “Şərq” artıq öz ənənələri üzərində böyümüş bir qəzetdir. Fərqli dövrlərdə, fərqli zamanlarda nəşr olunmasına rəğmən özünün ümumi kursuna, prinsiplərinə sadiq qala bilən azsaylı qəzetlərdən biridir. Çap mediasının sıradan çıxdığı bir dönəmdə belə “Şərq” qəzetinin öz varlığını qoruması bu qəzetin dərin köklərə sahib bir çinar xarakterli mahiyyət daşıdığını göstərir. Heç bir rüzgar, heç bir leysan onu yıxmaq imkanına sahib deyil. Bu da heç şübhəsiz, “Şərq”in ideyasının gücündən qaynaqlanan bir təzahürdür. Burada qəzetin kollektivinin əməyini yüksək qiymətləndirmək lazımdır. Onlar bu qədər çətin şərtlərdə, kağız qıtlığı, satış-abunə problemləri ilə üzləşmələrinə rəğmən ötən illər ərzində qəzetin mahiyyətini qoruyub-saxlaya biliblər. Azərbaycan media tarixində qürurla xatırlanacaq, peşəkarlığı ilə seçiləcək qəzetlər sırasında “Şərq” həmişə ön sıralarda yer alacaq. Akif Aşırlı başda omaqla bütün kollektivi, qəzetin 28 yaşına çatmasında əməyi olan hər kəsi təbrik edirəm. Bundan sonrakı uğurlarının davamlı olmasını arzulayıram.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Folklor kollektivləri üçün geyimlər hazırlanır
16:27 29.06.2026
Ölkə
Putin yanacaq böhranına görə benzinin ixracını qadağan etdi
16:12 29.06.2026
Gündəm
Türk dünyasının mərkəzi artıq Azərbaycandır - ŞƏRH
15:48 29.06.2026
Gündəm
Rusiya MN: Kirovoqrad vilayətində yanacaq anbarına zərbə endirilib
15:30 29.06.2026
Dünya
Astanada Qazaxıstan və Gürcüstan liderlərinin görüşü oldu
15:24 29.06.2026
Dünya
Azərbaycanda 63 yaşlı qadın ana oldu - 38 ildən sonra...
15:23 29.06.2026
Cəmiyyət
“Beşiktaş”a “Barselona”dan gənc yarımmüdafiəçi təklifi
15:20 29.06.2026
Futbol
Şəmkirdə yeniyetmənin meyiti tapılıb
15:08 29.06.2026
Hadisə
CHP-də qurultay böhranı məhkəməyə daşınır: Gərgin həftə başladı
14:33 29.06.2026
Siyasət
Rusiya Dneprə ballistik raketlə zərbə endirib, 4 nəfər ölüb
14:00 29.06.2026
Dünya
Pakistanın Əfqanıstana hava zərbələri: 38 ölü, 163 yaralı
13:16 29.06.2026
Dünya
Martines əməliyyatdan imtina etdi: DÇ-də sınıq barmaqla oynayır
13:03 29.06.2026
Futbol
Pezeşkian: Altı milyard dollar İrana qaytarılacaq
12:57 29.06.2026
Gündəm