Fidan: Türkiyə Ukraynada hərbi əməliyyatlara qismən moratorium təklif edib

Türkiyə Rusiya və Ukraynaya döyüşlərə qismən moratorium tətbiq etməyi təklif edib.

Sherg.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın sözlərinə görə, təklif enerji obyektlərinə zərbələrin dayandırılmasını və Qara dənizdə gəmiçilik təhlükəsizliyinin təmin edilməsini nəzərdə tutur.

Məqsəd hərtərəfli atəşkəs əldə olunana qədər gərginliyi azaltmaqdır. Ankara həmçinin Moskva ilə Kiyev arasında vasitəçi olmağa və danışıqlar üçün platforma təqdim etməyə hazır olduğunu bildirib. Fidanın sözlərinə görə, əsas məqsəd münaqişənin tamamilə dayandırılmasıdır.

Məqalədə Rusiyanın danışıqlardan imtina etmədiyi, lakin münaqişənin “əsas səbəblərinin” aradan qaldırılmasını tələb etdiyi də qeyd olunur.