Fransalı hüquqşünaslar Ağdamda gördüklərindən dəhşətə gəldilər
12:13 22.04.2021
Gündəm
466
Fransalı hüquqşünaslar Ağdam rayonuna səfər edib.
APA-nın məlumatına görə, fransalı hüquqşünas Yassine Yakouti bildirib ki, tarixi abidələrin vandalizmə məruz qaldığını gözləri ilə görüblər:
“Biz bura gəldik və görürük ki, həqiqətən Azərbaycan torpaqlarında nələr baş verib. Yaxşı ki, Azərbaycan beynəlxalq hüquq çərçivəsində ona məxsus olan torpaqlarını geri qaytarıb. Biz vəkilik və bizim üçün əsas odur ki, beynəlxalq hüquq həmişə bərqərar olsun”.
O, BMT və ATƏT-in Minsk Qrupunun prosesdə iştirakının vacibliyini diqqətə çatdırıb:
“Göstərmək vacibdir ki, bu, çox mürəkkəb məsələdir və iki tərəf arasında həll oluna bilməz. Hər kəsə xatırlatmaq vacibdir ki, sülhə qanuni vasitələrlə nail olunmalıdır.
Bir zamanlar böyük bir şəhərin belə dağıdılmasını görmək dəhşətlidir. Biz çox dağıntılar gördük burada, məsələn, bu məscidin deqredasiyası... Bütün bunlar çox üzücüdür. Bu şəhər heç Dağlıq Qarabağın bir hissəsi olmayıb, lakin Ermənistan qüvvələri tərəfindən ilhaq edilib. Bütün bunlar ağırdır. Bildiyiniz kimi, bu məsələlər hüquqi yanaşma tələb edir. Azərbaycanın sərhədlərinə hörmət olunmalıdır”.
Digər fransalı hüquqşünas, xanım Elise Arfinin sözlərinə görə, burda olmaqları çox vacibdir:
“Azərbaycanın Fransadakı səfirliyi bu müharibənin reallığını və dağıntının həcmini göstərmişdi. Bizim bura səfərimizin məqsədi həm də rəsmi fikirləri, mövqeni öyrənməkdir. Ümid edirik ki, səfərimiz həm də azərbaycanlılar üçün səmərəli olacaq”.
O, Fransanın aparıcı ölkə kimi neytral olmasının, bir tərəfi məmnun etmək yerinə, hər iki tərəfin mövqeyinə baxmasının vacibliyini bildirib:
“Fransa da bu müharibənin reallığını görməlidir. Burada gördüklərimiz çox üzücüdür, bu dağıntıları görmək çox ağırdır. Düşünəndə ki, bu şəhərdə, burada insanlar yaşayıb və bu müharibə onlara nələr edib, çox ağırdır”.
Xanım hüquqşünas qeyd edib ki, bunları öz gözü ilə görmək çox vacib məqamdır: “Biz bunların hamısını öz gözümüzlə görürürük və ola bilsin ki, Fransada formalaşmış rəyə biz hansısa töhfə verə bilərik. Mənim fikrimcə, avropalılar bizim kimi buralara gəlməli, hər şeyi öz gözləri ilə görməli və başa düşməlidir ki, əslində, vəziyyət nə yerdədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya
İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
19:19 21.05.2026
Rəsmi
Səssiz qoruyucular: Türkiyədə cəmi 8 ailə qalıb
19:12 21.05.2026
Cəmiyyət
Putin: Rusiya nüvə triadasını tələb olunan səviyyədə saxlayacaq
19:06 21.05.2026
Region