
Fransanın qərəzli mövqeyi: Makron "gözdən pərdə asır" - RƏY
14:41 25.08.2023
Gündəm
659
“Fransa Prezidenti Emmanuel Makronun müntəzəm olaraq özünü sülh tərəfdarı kimi göstərən şərhləri beynəlxalq ictimaiyyəti aldatmağa hesablanıb. Makron gözdən pərdə asmaq üçün Azərbaycan ilə Ermənistan arasında guya sülhün yaradılmasına çalışdığını da bildirir. Reallıq isə tamamilə fərqlidir”.
Bunu “Sherg.az”a açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib. Fransa Prezidentinin Qarabağ barədə fikirlərinə münasibət bildirən E.Səftərov deyib ki, əgər Fransa beynəlxalq hüququn norma və prinsiplərinə əməl etsəydi, BMT-nin dörd qətnaməsinin yerinə yetirilməsi üçün səy göstərərdi:

“ Fransa ATƏT-in Minsk qrupunun həmsədri olduğu illərdə bir dəfə də olsun Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında nə fikirlər səsləndirib, nə də bəyanat yayıb. Bu dövlət nəinki dünyanın ən nüfuzlu təşkilatının qətnaməsinin yerinə yetirilməsi üçün çalışdı, əksinə Ermənistanın 30 ilə yaxın davam edən işğalına hər cür dəstək oldu.
Fransa 44 günlük Vətən müharibəsində və ondan sonrakı dövrdə də Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib. Həmçinin beynəlxalq təşkilatlar vasitəsilə əleyhimizə qətnamələr qəbul etdirmək üçün fəaliyyətlər həyata keçirdi. Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Ermənistan tərəfindən aprelin 11-də Laçın rayonu istiqamətində yerləşən mövqelərimizə qarşı təxribatı ilə əlaqədar Ermənistanı dəstəkləyən bəyanatını nümunə göstərmək olar”.
Onun sözlərinə görə, Fransa erməni radikal millətçilərinin Azərbaycan və Türkiyə əleyhinə təxribatlarına, bəyanatlarına dəstək verməklə hansı mövqedə dayandığını sübuta yetirib:
“Fransanın Azərbaycana münasibətdə səmimi olmadığı hər kəsə bəllidir. Ermənistanın bəşəri cinayətlərinə susan, onları müdafiə edən Fransa hər fürsətdə Azərbaycana qarşı qərəzli davranış sərgiləyib.
Fransa Senatı 2022-ci ildə Azərbaycana sanksiyaların tətbiq edilməsi barədə qətnamə də qəbul etmişdi. Bu rəsmi Parisin və onun Prezidentinin əsl xislətini büruzə verir”.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron “Le Point” nəşrinə müsahibə verib. "Ermənistanla Azərbaycan arasında davamlı sülhün bərqərar olması, xalqların və mədəniyyətlərin qorunması üçün hər şeyi edirik. Bu sülh müqaviləsi zərurətdir, lakin beynəlxalq hüquqa uyğun olmalıdır"-, deyə o bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat