Gündə 10 min addım atmaq? - Düşünüldüyü qədər möcüzəvi deyil
11:32 24.07.2025
Gündəm
421
Uzun illərdir sağlam həyatın “qızıl qaydası” hesab olunan gündəlik 10 min addım hədəfi, Sidney Universitetinin yeni araşdırması ilə yenidən müzakirəyə çıxarılıb.
Sherg.az xəbər verir ki, "The Lancet Public Health" jurnalında dərc olunan genişmiqyaslı araşdırmaya görə, gündə təxminən 7 min addım atmaq erkən ölüm riskini 47% azaldır və 10 min addım qədər sağlamlıq faydası təmin edir.
Cəmiyyət arasında geniş şəkildə qəbul olunan 10 min addım hədəfi, bir çox fitness cihazlarında da standart ayar olaraq təqdim olunur. Ancaq araşdırma göstərir ki, bu rəqəm düşündüyümüz qədər sehrli deyil.
Tədqiqatı Sidney Universitetinin İctimai Sağlamlıq məktəbindən Prof. Dr. Melodi Dinq və komandası aparıb. Onlar fərqli addım sayılarının ürək-damar xəstəlikləri, xərçəng, 2-ci tip şəkərli diabet, demensiya və depressiya üzərindəki təsirlərini analiz ediblər.
Dünyanın 10-dan çox ölkəsində aparılan 57 fərqli araşdırmanın nəticələrinə əsaslanan bu analiz 2014–2025-ci illəri əhatə edir. Əldə olunan nəticələr göstərir ki, gündə 7 min addım atmaq erkən ölüm riskini yarıbayarı azaldır və bu səviyyədəki addım sayı daha yüksək səviyyələrlə müqayisədə çox cüzi əlavə üstünlüklər verir.
Prof. Dr. Dinq bildirir ki, araşdırma xüsusilə iş rejimi gərgin olan və ya sağlamlıq səbəbindən yüksək addım sayına çata bilməyən insanlar üçün ümidverici nəticələr ortaya qoyur:
“Gündə 7000 addım əlçatan bir hədəfdir. Bu səviyyəyə çatmaq ürək-damar xəstəlikləri, demensiya və depressiv əlamətlər daxil olmaqla 8 fərqli sağlamlıq nəticəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırır,” – deyən Dinq əlavə edir ki, az addım atanlar üçün belə kiçik artımlar böyük fərq yarada bilər.
Araşdırmaya görə, hər 1000 addım artımı 7 min addıma qədər sağlamlıq faydalarını artırır, lakin bu səviyyədən sonra qazanc məhdudlaşır. Məsələn:
Demensiya riski 7 min addımda 38% azalır, 10 min addımda isə cəmi 7% əlavə azalma olur.
2-ci tip diabet riski 10 min addımda 22%, 12 min addımda isə 27% azalır.
2000 addımdan 7000 addıma yüksəlmək ölüm riskini 47% azaldır.
Araşdırmanın əsas analitiki Dr. Ketrin Ouen isə bildirir:
“Gündə 10.000 addım aktiv insanlar üçün hələ də yaxşı bir hədəf ola bilər. Lakin 7000 addımdan sonra bir çox sağlamlıq göstəricilərində fayda artımı məhduddur.”
Prof. Dr. Dinq araşdırmanın əsas mesajını belə ifadə edir:
“Bu araşdırma mükəmməl olmağa çalışmaq deyil, irəliləyişə fokuslanmaq lazım olduğunu göstərir. Gündəlik həyatda atılan kiçik addım artımları belə sağlamlıq üçün böyük təsir göstərə bilər.”
Yeni nəticələr onu göstərir ki, insanlar sağlamlıq hədəflərini müəyyənləşdirərkən sadəcə populyar rəqəmlərə deyil, elmi məlumatlarla dəstəklənən real səviyyələrə diqqət yetirməlidirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi