
Gürcüstandakı hakimiyyət İvanaşvilinin komandasıdır - ŞƏRH
Yusif Nəzərli
14:07 28.08.2023
Gündəm
632
Gürcüstanın hazırkı hökuməti praqmatizmlə xarakterizə olunur, onlarla münasibətlər inkişaf edir. Gürcüstanın prezidenti fransız düşüncəyə sahibdir, ölkə iqtisadiyyatının inkişafına qəti şəkildə qarşı çıxır.
Bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dimitri Medvedev deyib.
Onun sözlərinə görə, Gürcüstanın indiki hökuməti praqmatizmlə xarakterizə olunur:
“Siyasətdə hər şey olur, ona görə də praqmatizm çox vacibdir. Hər kəsin emosiyaları var, amma qərar qəbul edərkən emosiyaları bir kənara qoymaq lazımdır. Burada Gürcüstanın bugünkü hökuməti praqmatizmi ilə seçilir, buna göz yummaq olmaz. Ona görə də onlarla əlaqələr inkişaf edir, ona görə vizasız gediş-gəlişə icazə verdik, ona görə də təyyarələr uçuşa başladı”.
O qeyd edib ki, Gürcüstanda hələ də “dəli, çılğın, qəribə adamlar” qalıb, lakin onların siyasətə qarışması minimaldır:
“Gürcüstanın indiki prezidenti - bilmirəm, gürcü dilini bilir, ya yox, o, öz ölkəsinin iqtisadiyyatının inkişafına qəti şəkildə qarşı çıxan fransızdır. Amma orada indi belə siyasətçilər əsas rol oynaya bilmirlər. Gürcüstan parlament respublika olduğunu nəzərə alsaq, indiki prezidentin rolu minimaldır. Ümid edirəm ki, Gürcüstan hökuməti reallıqları, o cümlədən Cənubi Osetiyanın mövcudluğunu tanımaq və onlarla münasibətləri nizamlamaq üçün praqmatizmə malik olacaq”, - deyə Dimitri Medvedev vurğulayıb.
Gürcüstandakı indiki hökumətin İvanaşvilinin komandası olduğunu söyləyən politoloq Samir Hümbətov “Sherg.az”a vurğulayıb ki, İvanaşvili Rusiya ilə sıx əlaqələri olan bir biznesmendir:
“Bilirsiniz ki, o, bir müddət hakimiyyətdə olduqdan sonra yerini məhz özünə sadiq olan kadrlara verdi. Qaribaşvili də onun kadrlarındadır. Amma Qaribaşvilidən fərqli olaraq Gürcüstan prezidenti Salam Azuravaşvili uzun illər Fransada yaşayıb. Hətta bəzi məlumatlara görə onun ikili vətəndaşlığı var və biraz Avropa düşüncəsi sərgiləyir. Həmçinin bilirsiniz ki, Gürcüstan hökuməti hələ də Sakvaşvilini içəridə saxlayır. Yəni bütün təzyiqlərə baxmayaraq onu buraxmır. Sakvaşvili isə öz çıxışlarında da bildirib ki, "mənim həbsimin sifarişçisi Rusiyadır". Digər tərəfdən ikinci Qarabağ savaşından əvvəl bizim Ermənistanla münasibətlərimiz gərgin olanda, hər hansı bir ciddi əlaqələrimiz yox idi. Yəni liderlər səviyyəsində görüşlər keçirilsə də barışmaz mövqe var idi. Amma Gürcüstanda fərqli vəziyyətdir.

Çünki Abxaziya və cənubi Asetiya işğal olunsa da, Gürcüstan hökuməti Rusiya ilə əlaqə qurur. Medvedevin açıqlaması da buna hesablanıb. Əslində Rusiyanın hədəfi odur ki Gürcüstan Cənubi Asetiya və Abxaziyanı Rusiyanın tərkib hissəsi kimi tanısın. Lakin bu çətin məsələdir. Yəni hökumət belə bir şeyə qalxsa, ya onu çox qısa müddət ərzində ya devirəcəklər, ya da çox çətin bir vəziyyətə düşəcək. Ümumiyyətlə Prezident Salam Azuravaşvili Fransa vətəndaşı olub və uzun illər Avropada yaşamış, o təfəkkürdə olan şəxsdir. Qaribaşvili isə ruslara daha yaxındır. Çünki o İvanaşvilinin kadrıdır. Bax, məsələnin mahiyyəti bundan ibarətdir. Gürcüstan və Rusiya arasındaki münasibətlər daha da inkişaf edə biləcəyini isə düşünmürəm. Çünki fakt ərazilər işğal altındadır və bu ərazilərin işğaldan azad edilmə prosesi başa çatmayan qədər gürcü xalqı bundan əl çəkməyəcək. Yəni məsələnin axırına qədər gedəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat