İlham Əliyev Sergey Şoyqunu qəbul edib -YENİLƏNİB
08:50 06.08.2024
Gündəm
276
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul edib.
Sherg.az xəbər verir ki, Prezident İlham Əliyev Sergey Şoyqunun səfərinin ikitərəfli münasibətlərin gündəliyi və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi.
Dövlətimizin başçısı Azərbaycan ilə Rusiya arasında regionda gedən proseslərlə bağlı mütəmadi təmasların əhəmiyyətini qeyd etdi.
İkitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini deyən Azərbaycan Prezidenti bunun ən yüksək və digər səviyyələrdə təmaslarda, eyni zamanda, ölkələrimiz arasında imzalanmış sənədlərin və yol xəritələrinin həyata keçirilməsi, təhlükəsizlik, nəqliyyat, energetika, hərbi-texniki, humanitar sahələrdə əməkdaşlıqda özünü nümayiş etdirdiyini vurğuladı. Prezident İlham Əliyev bu məsələlərlə bağlı mütəmadi olaraq Prezident Vladimir Putin ilə müzakirələrin aparıldığını bildirdi.
Hökumətlərarası komissiyanın fəal işlədiyini deyən dövlətimizin başçısı bu yaxınlarda Bakıda bu komissiyanın iclasının keçiriləcəyini vurğuladı. Prezident İlham Əliyev ölkələrimizin digər qurumları arasında da fəal təmasların olduğunu qeyd etdi.
Dövlətimizin başçısı iki ölkənin siyasi rəhbərliyi arasında qəbul olunmuş qərarların, məhz “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin müddəalarının uğurla həyata keçirilməsini məmnunluqla qeyd etdi.
Azərbaycan-Rusiya münasibətlərinin bəzi qonşu dövlətlər üçün də bir nümunə olduğunu deyən Prezident İlham Əliyev bunu Cənubi Qafqazda və daha geniş məkanda mühüm təhlükəsizlik faktoru kimi dəyərləndirdi.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu nümayəndə heyətinə səmimi və isti münasibətin göstərilməsinə görə minnətdarlığını bildirərək, bunun əsasında iki ölkənin dövlət başçıları arasında olan şəxsi münasibətlərin durduğunu dedi.
Sergey Şoyqu ölkələrimiz arasında regional təhlükəsizlik, hərbi-texniki, nəqliyyat, iqtisadi sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. O, ikitərəfli əməkdaşlığın gündəliyində çox mühüm məsələlərin durduğunu və onların uğurla həll edildiyini dedi. Bu xüsusda Şimal-Cənub dəhlizinin həyata keçirilməsini bunun nümunəsi kimi dəyərləndirdi və bununla bağlı üçtərəfli əsasda böyük işlərin görüldüyünü qeyd etdi.
Sergey Şoyqu ölkəsinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəklədiyini bildirdi.
Görüşdə “3+3” formatında əməkdaşlığın perspektivləri müzakirə olundu.
Söhbət zamanı Ümummilli Lider Heydər Əliyevin xatirəsinə Rusiyada göstərilən ehtirama toxunularaq, Baykal-Amur Magistralının tikintisində Ulu Öndərin böyük rolu bir daha qeyd edildi, Prezident İlham Əliyevin bu ilin aprelində Moskvada Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə keçirilən tədbirdə iştirakının əhəmiyyəti vurğulandı.
***
Prezident İlham Əliyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibini qəbul edib .
Sherg.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə
Gürcüstanda azərbaycanlı qız öldürüldü - FOTO
17:01 01.07.2026
Hadisə
Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib
16:58 01.07.2026
Gündəm
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:20 01.07.2026
Hadisə
27 ölkədən biri "yox" desə, Türkiyənin yolu bağlanır - ŞƏRH
15:45 01.07.2026
Dünya
Hakan Fidan: Rusiya-Ukrayna danışıqları birbaşa aparılmalıdır
15:27 01.07.2026
Gündəm
“Xəyali statistika ilə pensiya yaşını artırıblar” - Tural Abbaslı
14:31 01.07.2026
Sosial
At ətini dana əti adı ilə satırlar - İstehlakçılara XƏBƏRDARLIQ
14:20 01.07.2026
Cəmiyyət
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başladı
13:49 01.07.2026
Gündəm
YAP Qadınlar Şurasının keçmiş sədri vəfat edib
13:47 01.07.2026
Cəmiyyət
Çap mediasına dövlət dəstəyi: Müsabiqənin qalibləri məlum oldu
13:45 01.07.2026
Media