İlkin Süleymanovun məhkəməsində növbəti ekspert ifadə verib
İlkin Süleymanovun məhkəməsində növbəti ekspert ifadə verib
Yusif Nəzərli
19:34 15.02.2023
Gündəm
301
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə keçirilən məhkəmə prosesində növbəti ekspert ifadə verib.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında istintaq zamanı meyitin tibbi ekspertizasında iştirak edən Seyfulla İsgəndərov İfadə verib.
O, təqsirləndirilən İlkin Süleymanovun vəkillərinin istintaq zamanı ekpert rəyləri ilə bağlı suallarını cavablandırıb.
Növbəti məhkəmə iclası fevralın 22-nə təyin olunub və ekspert S.İsgəndərovun ifadəsi davam edəcək.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Kiyevə zərbə endirməmək barədə göstəriş verib
17:17 05.09.2026
Gündəm
Fransanın Ermənistandakı səfiri dəyişib
16:18 05.09.2026
Dünya
Fransanın Ermənistandakı səfiri dəyişib
15:46 05.09.2026
Siyasət
Əməkdar incəsənət xadimi Amin Novruzov vəfat edib
15:46 05.09.2026
Mədəniyyət
Türkiyə Yunanıstana etiraz notası göndərib
15:15 05.09.2026
Dünya
70 ildir bığlarını uzadır: “Baxım sirrimi rəqiblərimə demərəm”
14:44 05.09.2026
Maraqlı
Paşinyan: Baş nazir olduğum günə lənət olsun
14:03 05.09.2026
Cənubi Qafqaz
ABŞ müsəlman ölkələrinə 6 milyardlıq silah göndərir
13:39 05.09.2026
Dünya
Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?
13:19 05.09.2026
Aktual
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
13:04 05.09.2026
Dünya
İsrail ordusu “Hizbullah”ın hərbi obyektlərinə zərbə endirib
12:35 05.09.2026
Dünya
ABŞ prezidentinin xüsusi nümayəndəsi Moskvaya gəlib
12:33 05.09.2026
Gündəm
Messi və Ronaldo yenidən üz-üzə gələ bilər
12:29 05.09.2026
Futbol
Üç hərbi gəmiyə mindi: Üçü də batdı, amma o sağ qaldı
12:21 05.09.2026
Maraqlı
Trampdan Yaxın Şərq üçün gizli plan: İran hədəfdə
11:47 05.09.2026
Dünya