İran Hörmüz boğazını tamamilə bağlamaqla hədələyir

İran özünün tətbiq etdiyi məhdudiyyətləri pozan gəmilər üçün Hörmüz boğazını yaxın vaxtlarda tamamilə bağlaya bilər.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi İran rəsmilərinə istinadla məlumat yayıb.

İran rəsmilərindən biri agentliyə deyib: “Yaxın vaxtlarda boğaz tamamilə bağlanacaq”.

Birgə Dəniz İnformasiya Mərkəzinin son hesabatında Hörmüz boğazında ticarət gəmiləri üçün təhlükə səviyyəsi “ciddi” olaraq qiymətləndirilib. Bu, mərkəzin istifadə etdiyi təhlükə qiymətləndirmə sistemində ikinci ən yüksək risk səviyyəsidir.

Həmçinin müstəqil məlumatlara əsasən, son günlər boğazdan keçməyə davam edən ticarət gəmilərinə qarşı hücumların sayı kəskin artaraq münaqişənin başlanmasından bəri ən yüksək həddə çatıb.