İran nümayəndə heyəti İslamabadı tərk edib

Xarici işlər naziri Abbas Əraqçinin də daxil olduğu İran nümayəndə heyəti bir sıra yüksək səviyyəli görüşlərdən sonra İslamabaddan ayrılıb.

Teleqraf xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.

Nümayəndə heyəti yola düşməzdən əvvəl Pakistan liderlərinə ABŞ-İsrail müharibəsinə son qoymaq üçün tələblərinin rəsmi siyahısını təqdim edib.

İran daha əvvəl İslamabadda ABŞ nümayəndə heyəti ilə danışıqlar aparacağı ilə bağlı məlumatları təkzib etmişdi.