- İqtisadi baxımdan dünyaya inteqrasiya olunmuş İranla yaxın zamanda qarşılaşa bilərik
ABŞ və İran arasında imzalanan memorandumdan sonra tərəflərin münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyi beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Hazırda ən çox müzakirə olunan məsələlərdən biri bu memorandumun gələcəkdə tamhüquqlu sülh müqaviləsi ilə nəticələnib-nəticələnməyəcəyidir.
Siyasi Elmlər və Beynəlxalq Münasibətlər üzrə mütəxəssis Alihan Limoncuoğlu bildirib ki, İran ilə ABŞ-nin münasibətləri normallaşmağa başlayıb:
"Hər iki tərəf də bu müharibədən qazanc əldə etmədiyini anladıqdan bəri anlaşmanın bir yolunu axtarırdı.
İran çox ciddi zərər gördü. Amerika da istədiyini əldə edə bilmədi. Buna görə də ortaq bir yol tapıb razılığa gəldilər. Bununla yanaşı, İranın yavaş-yavaş dünya sisteminə inteqrasiya etməyə başladığını görəcəyik".
Analitik vurğulayıb ki, iqtisadi baxımdan dünyaya inteqrasiya olunmuş İranla yaxın zamanda qarşılaşa bilərik:
"Bunun müqabilində isə Tehran nüvə silahlanmasını qəti şəkildə dayandırdılar.
Hər iki tərəf üçün də, dünya üçün də nəticə etibarilə yaxşı oldu. Əgər İsrail münasibətləri pozmasa, bu proses belə davam edəcək".