İsrail Baş Qərargah rəisi ordunun əsas məqsədini açıqlayıb

İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi HƏMAS-la davam edən müharibədə məqsədlərini açıqlayıb.

“Report” xəbər verir ki, o, hədəfin HƏMAS-ın ali rəhbərliyinin məhvi olduğunu bildirib.

H.Halevinin sözlərinə görə, ordu Qəzzada quru əməliyyatlarına hazırdır: “Biz ölkənin siyasi hakimiyyəti ilə birlikdə növbəti addımlar barədə müzakirələr aparırıq”.

O qeyd edib ki, İsrail ordusu Qəzza zolağındakı hədəflərə dəqiq zərbələr endirir.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.